Yevlaxda eramızdan əvvələ aid “Bərəkət ilahəsi” tapılıb -FOTO,VİDEO
22-10-2018, 18:15
Oxunub: 3 711
Yevlax rayonunda eramızdan əvvəl II əsr – bizim eranın II əsrlərini əhatə edən qədim əşyalar tapılıb.
Bolgexeber.com Report-a istinadən bildirir ki, rayonun Səmədabad kəndi ərazisindəki Küp qəbir nekropolunda aparılan qazıntı işləri zamanı bardaq, vaza tipli gil qablar, tunc qolbaq və şüşə muncuq aşkar edilib.
Boru kəmərinin çəkilişi zamanı üzə çıxan tapıntılar Yevlax Tarix Diyarşünaslıq muzeyinə təhvil verilib. Əşyalar arasında maraqlı görünüşə malik, gildən hazırlanmış “Bərəkət ilahəsi”nin həmin dövrün insanları üçün xüsusi əhəmiyyət kəsb etdiyi bildirilir.
Bu əşya qədim insanların inanc vasitəsi olub. Gildən hazırlanmış “Bərəkət ilahəsi”nə Yevlax ərazisində ilk dəfədir ki, rast gəlinir.
Çox Oxunanlar
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 13-04-2024, 14:14 : Dilanın Bakıdakı gözəllik mərkəzi satışa çıxarıldı
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes