Musiqili Teatrda Marat Haqverdiyevin 80 illiyi qeyd olunacaq-FOTO
18-10-2018, 11:20
Oxunub: 5 326
Azərbaycan Dövlət Musiqili Teatrında “Amerikalı kürəkən” tamaşası nümayiş etdiriləcək.
Teatrdan verilən xəbərə görə, səhnə əsərinin 50-ci nümayişi görkəmli yazıçı-dramaturq, əməkdar mədəniyyət işçisi Marat Haqverdiyevin 80 illik yubileyi münasibətilə təqdim olunacaq.
Tamaşanın quruluşçu-rejissoru xalq artisti, “Şöhrət” ordenli İlham Namiq Kamaldır. Əsərin ən böyük özəlliklərindən biri də müasir dövrlə səsləşməsi və aktuallığıdır.
Tamaşanın süjet xəttinə görə, əsərin qəhrəmanı olan ana Tünzalə xanım qızını varlı, malı-dövləti olan birisinə ərə vermək istəyir. Qızı Reyhan isə ingilis dili müəllimi olan Kamranı sevir. Reyhan anasının onun kasıb bir müəllimlə evlənməsinə heç cür razı olmayacağını görüb Kamranla birgə Tünzalə xanım üçün oyun qururlar. Məzhəkə dolu tamaşada gənclərin sevgisinin qarşısını heç bir qüvvə kəsə bilmir.
Musiqisi bəstəkar, xalq artisti Ramiz Mirişli olan səhnə əsərinin quruluşçu-dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı, əməkdar rəssam Nabat Səmədova, quruluşçu-baletmeysterləri əməkdar artistlər Zakir və Leyla Ağayevlər, şeirlərin müəllifi xalq şairi Fikrət Qoca, xormeysteri əməkdar artist Vaqif Məstanov, dirijoru əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, konsertmeysteri Nərminə Əbdürəhmanova, rejissor assistenti Tamilla Aslanovadır.
Tamaşada rolları xalq artisti İlham Namiq Kamal, əməkdar artistlər Novruz Qartal, Almaz Ələsgərli, Əkbər Əlizadə, aktyorlar Gülçöhrə Abdullayeva, Səməd Xasıyev, Gültac Əlili, Ağaxan Şərifov, Ruslan Mürsəlov, Gülnarə Əzizova, Nigar Qarayeva və Eleanora Mehdiyeva ifa edəcəklər.
Səhnə əsəri oktyabrın 20-si saat 19:00-da nümayiş olunacaq.
Qeyd edək ki, “Amerikalı kürəkən” tamaşası ilk dəfə 2010-cu ildə təqdim edilib.



Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər