XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Fəzail Ağamalı: “Keçmiş nazirlərin mülkləri satılsın, pulları şəhid ailələrinə verilsin”

Fəzail Ağamalı: “Keçmiş nazirlərin mülkləri satılsın, pulları şəhid ailələrinə verilsin”“Azərbaycanın ərazi bütövlüyü uğrunda 24 min insan şəhid olub. Mən də bu döyüşdə iştirak edənlərdən biriyəm. Onların içərisində elələri var ki, evini, maşınını satıb, gedib ov tüfəngi alıb, ən müxtəlif yollarla ermənilərlə döyüşlərdə iştirak edib və şəhid olub. Niyə bunlar yaddan çıxmalı, polis işçiləri unudulmalıdır”.

Moderator.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Fəzail Ağamalı deyib.

Deputat bildirib ki, 11 min manat vəsait şəhid hərbi qulluqçuların vərəsələrinin hamısına verilsə, bu 264 milyon manat maliyyə vəsaiti edir.

“Dövlətin büdcəsində müəyyən məhdudiyyətlər var. Bu vəsaitin ödənilməsinə imkan yoxdur. Ona görə Cahangir Hacıyevin Londonda olan mülkləri, Rüfət Aslanlının, Fazil Məmmədovun mülkləri, obyektləri, maşın kolleksiyaları satılsın və həmin vəsait şəhid hərbi qulluqçularının ailələrinə verilsin. Çünki, o da dövlətin, xalqın puludur. Buna görə də hesab edirəm ki, bu haqda düşünmək və məqsəd uğrunda ciddi addımların atılmasına ehtiyac var”.
Bölmə: Müsahibə-Reportaj | 14 noyabr 2018 17:35 | Baxış sayı: 74





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: