Rusiyanın Surqut şəhər hava limanına Fərman Salmanovun adı veriləcək
5-12-2018, 10:52
Oxunub: 4 253
Rusiyanın Surqut şəhər aeroportuna Azərbaycan əsilli kəşfiyyatçı geoloq, Sibir neftini kəşf edən Fərman Salmanovun adı verilib.
“Report” xəbər verir ki, bu, çərşənbə axşamı “Rossiya 1” telekanalında yayımlanan “60 minut” (60 dəqiqə) verilişində nəticələri açıqlanan “Rusiyanın böyük adları” müsabiqəsinin yekununda məlum olub.
“Velikieimena.rf” saytında aparılan müsabiqəyə dekabrın 4-də yekun vurulub. Səsvermədə 5 milyondan çox insan iştirak edib və respondentlər Rusiyanın federal və beynəlxalq əhəmiyyətli 47 böyük hava limanının adını müəyyənləşdiriblər. Siyahıda bir azərbaycanlının da adı olub. Kəşfiyyatçı geoloqun adı eyni zamanda iki şəhərin hava limanına namizəd olub: Surqut və Nijnevartovsk. Səsvermə nəticəsində onun adı Surqut şəhər aeroportuna verilib.
Çox Oxunanlar
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 13-04-2024, 14:14 : Dilanın Bakıdakı gözəllik mərkəzi satışa çıxarıldı
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes
- 11-04-2024, 17:29 : Ukraynada son durum necədir?
Dünya / Xəbərlər