BolgeXeber.Com » Şou-Biznes » “100 min manatımı oğurladılar, gecə yata bilmirdim” - Nadir

“100 min manatımı oğurladılar, gecə yata bilmirdim” - Nadir

13-12-2018, 12:27
Oxunub: 3 660 “100 min manatımı oğurladılar, gecə yata bilmirdim” - NadirMüğənni Nadir Qafarzadənin evindən pul oğurlayıblar

“Qafqazinfo” xəbər verir ki, bu barədə sənətçi “5-də 5” proqramına qonaq olarkən danışıb.

O, bir müddət bundan əvvəl mənzilindən 100 min manata yaxın pul oğurladığını etiraf edib: “Xeyli pulumu oğurladılar. Evə kamera qoymamışam. Mən öncə bir xanımdan şübhələnmişdim. Sonra bildim ki, o deyil. Zəng vurub üzr istədim, gözümlə görməmişəm, o dünyaya günah aparmaq istəmirəm.

100 min manata yaxın pulumu oğurladılar. Həyat yoldaşım mənə çox dəstək oldu, gecə yata bilmirdim, yuxu dərmanı qəbul edirdim. Əziyyətlə qazanılmış pullar idi. Hadisə təxminən 1 il yarım bundan əvvəl baş vermişdi”