"Həyat yoldaşım əşyadır ki, onu gizlədəm?" - "O, elə bir yerdə işləyir ki..."
12-12-2018, 16:39
Oxunub: 6 663
“Burada elə bir qorxulu bir şey yoxdur, sadəcə yoldaşım elə bir yerdə işləyir ki, onun fotosunu saytlarda vermək olmaz”
Rəqqasə Fatimə Fətəliyevanın kütləvi informasiya vasitələrində həyat yoldaşı ilə yayılan fotoları gündəm olub, amma rəqqasə buna görə əsəbiləşib.
F.Fətəliyeva Moderator.az-a açıqlamasında bildirib ki, votçapda paylaşdığı şəkillərini götürüb sayta qoyan jurnalist onun ailə sirlərini yayıb:
“Votçapımda şəkil paylaşmışdım və dostluğumda olan jurnalist şəkillərimi götürüb saytda qoyub. Buna kiminsə ixtiyarı yoxdu axı. Əgər “İnstaqram” səhifəmdə paylaşsaydım bunu başa düşmək olardı ki, hamı üçün paylaşmışam və jurnalist də götürüb. Votçapımda olanlar ancaq tanıdığım adamlardır və hər adama da nömrəmi vermirəm. Bunu verən saytlardan xahiş edib çıxartdırmışam. Bunu yayan Open.az-ın jurnalisti Rəvan adlı şəxsdir. Dünəndən ona votçapda yazıb nə qədər xahiş edirəm, amma cavab vermir. Burada elə bir qorxulu bir şey yoxdur, sadəcə yoldaşım elə bir yerdə işləyir ki, onun fotosunu saytlarda vermək olmaz. Yoldaşım dövlət işçisidir, əsəbindən səhərə qədər yatmayıb. Saytda verməklərinə bir söz demirəm, indi insandır, ola bilsin bilməyib, amma xahiş edirəm ki, saytdan çıxarın, çıxarmırlar. İnsanlar ağızlarına gələni yazırlar. Özü də yazıblar ki, “Fatimənin gizlətdiyi əri”, həyat yoldaşım əşyadır ki, onu gizlədəm. Mənim haqqımda yazsınlar bir söz demirəm, amma ailəmə toxunmasınlar. Son zamanlar qızım haqqında da heç nə paylaşımıram, çünki böyük qızdır. Qızım da deyir ki, məni incəsənət aləminə qoşma. Həyat yoldaşım bununla bağlı redaksiyaya gedib ki, yazını çıxartdırsın”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər