BolgeXeber.Com » Dünya » "Facebook"un dizaynı dəyişdirilir

"Facebook"un dizaynı dəyişdirilir

1-05-2019, 09:43
Oxunub: 2 873 "Facebook"un dizaynı dəyişdirilir"Facebook" sosial şəbəkəsinin saytının və tətbiqetmələrinin dizaynı dəyişdiriləcək.

Bolgexeber.com bildirir ki, bunu sosial şəbəkənin başçısı Mark Zukerberq "F8" şirkətinin yeni texnologiyalara həsr olunmuş illik konfransı zamanı deyib

O qeyd edib ki, hazırda istifadə olunan göy rəng aradan qaldırılacaq və onun əvəzinə daha açıq rəngdən istifadə olunacaq.

Zukerberqin sözlərinə görə, fokus əsasən "qruplar" və "stori"lərə ediləcək, bu bölmələr daha nəzərə çarpan olacaq.