XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

"Qarabağ"dan möhtəşəm qələbə

"Qarabağ"dan möhtəşəm qələbəBu gün Avropa Liqasında II turun oyunları keçirilib.

Qaynarinfo xəbər verir ki, "Qarabağ” Lüksemburqda "Düdelanj”ın qonağı olub. "Jozi Bartel” stadionunda baş tutacaq A qrupunun görüşündə "Qarabağ" 4:0 hesablı qələbə qazanıb.

Bu görüş "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olub. 47 yaşlı mütəxəssis 2008-ci ildən rəhbərlik etdiyi komanda ilə 100-cü avrokubok matçına çıxıb.

Azərbaycan çempionu ilk turda İspaniyanın "Sevilya” komandasına Bakıda 3 cavabsız qolla uduzub. Lüksemburqlular isə Cənubi Kiprdə APOEL-i 4:3 hesabı ilə üstələyiblər.

Qeyd edək ki, A qrupunun digər matçında "Sevilya” APOEL-i 1:0 hesabı ilə yenib.

Avropa Liqası
Qrup mərhələsi
A qrupu, II tur

3 oktyabr
Düdelanj (Lüksemburq) - Qarabağ (Azərbaycan) 1:4
Qollar: Abdulla Zubir, 11. Mişel, 30. Riçard Almeyda, 37. Dani Kintana, 70.
Hakimlər: Con Biton, Daniel Makfarlan, Duqlas Potter, Donald Robertson (Şotlandiya).
Hakim-inspektor: Yon Eylif Skyervold (Norveç).
UEFA nümayəndəsi: Maykl Zoratti (Avstriya).
"Jozi Bartel” stadionu.
Bölmə: İdman | 04 oktyabr 2019 10:01





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: