BolgeXeber.Com » İdman » Fizuli Ələkbərov İsraildən cüdoçu alır, ona Azərbaycan vətəndaşlığı verilir

Fizuli Ələkbərov İsraildən cüdoçu alır, ona Azərbaycan vətəndaşlığı verilir

6-06-2013, 09:20
Oxunub: 5 096 Azərbaycan Cüdo Federasiyasının prezidenti, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərov yəhudi cüdoçu Alis Şlezingerlə danışılar aparır. “Yeni Müsavat”ın İsrail KİV-ə istinadən verdiyi məlumata görə, Azərbaycan tərəfi cüdoçuya vətəndaşlığını dəyişərək, Azərbaycan adından çıxış etməsini təklif ediblər.
Azərbaycan tərəfi cüdoçu Alis Şlezinger barədə bir qədər əvvəl xəbər tutublar. Sən demə, 2008-ci il Pekin və 2012-ci il London Yay Olimpiya Oyunlarında iştirakçısı, 2009-cu il dünya və Avropa çempionatlarınını bürünc mükafatçısı ilə İsrail Cüdo Federasiyası arasında münasibətlərinin pisləşməsindən xəbər tutan Ələkbərov onun məşqçisi Pavel Musinlə danışıqlara başlayıb. Və məşqçi ilə cüdoçu xanım Bakıya dəvət edilib.
Amma Azərbaycan tərəfinə bildirilib ki, guya idmançıyla Türkiyə və Böyük Britaniya yığmaları da maraqlanır.Məlumata görə, Alis Şlezinger və onun məşqçisi ilə ilkin razılıq əldə edilib.

O, Azərbaycan vətəndaşlığını qəbul edərək yığmamızın şərəfini qorumağa razılıq verib.