BolgeXeber.Com » İdman » Azərbycan kubokunun finalında əlbəyaxa dava-Video-Foto

Azərbycan kubokunun finalında əlbəyaxa dava-Video-Foto

29-05-2013, 06:25
Oxunub: 5 819 Azərbaycanda 2012/13 mövsümünə yekun vuruldu. Apasport.az saytının məlumatına görə, “Böyük oyun” avrokuboklardan başlayan uzun marafonun yekun nöqtəsi olub.
“Neftçi” - “Xəzər Lənkəran” - 0:0 penaltilər seriyasında 5:3
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Baş hakim: Əliyar Ağayev
Penaltilər seriyası: Kanales (1:0); Sialmas (1:0); Bertuççi (2:0); Ramazanov (2:1); Flavinyo (3:1); Əmirquliyev (3:2); Şükürov (4:2); Tounkara (4:3); Sadiqov, (5:3)
“Neftçi”: 30. Saşa Stamenkoviç, 3. Denis Silva Kruz, 6. Rəşad Sadiqov (k), 9. Flavio Aleks Valensio, 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Fabian Ramos, 16. Bruno Bertuççi, 17. Araz Abdullayev, 22. Mahir Şükürov, 32. Elvin Yunuszadə
Ehtiyat oyunçular: 12. Emil Balayev, 2. Jose Luis Kabion, 4. Tərlan Quliyev, 8. Elşən Abdullayev, 14. Bahodir Nasimov, 19. Mirhüseyn Seyidov, 28. Emin Mehdiyev
Baş məşqçi: Böyükağa Hacıyev
“Xəzər Lənkəran”: 30. Toni Doblas, 3. Vanderson Skarduelli, 4. Alvaro Silva, 5. Elnur Allahverdiyev, 8. Eder Bonfim, 10. Elnur Abdullayev, 14. Rahid Əmirquliyev (k). 21. Radomir Todorov, 27. Adrian Skarlatake, 55. Ağabala Ramazanov, 99. Marin Orsuliç
Ehtiyat oyunçular: 25. Orxan Sadıqlı, 7. Sadio Tounkara. 9. Uğur Pamuk, 11. Dmitrios Sialmas, 17. Kazım Kazımlı, 20. Akif Tağıyev, 42. Kamran Abdullazadə,
Baş məşqçi: Con Toşak
Oyundan sonra futbolçular arasında qalmaqal yaşanıb. Buna "Neftçi”nin qapıçısı Saşa Stamenkoviçlə "Xəzər Lənkəran"ın baş məşqçisi Con Toşak arasında yaranmış mübahisə səbəb olub.Con Toşak meydana daxil olaraq Stamenkoviçə etirazını bildirib. Sonra serbiyalı qapıçı yaxınlaşaraq Toşakın əlini sıxıb. Lakin bundan sonra Stamenkoviçlə rəqibin futbolçuları bir-birinin ünvamına təhqirlər yağdırıb. Nəticədə meydanda hər iki komandanın üzvləri arasında qarşıdurma baş verib.

Futbolçular arasında insidenti yatirtmaq üçün hər iki klubun rəsmiləri müdaxilə edib. Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev də VİP tribunadan düşərək futbolçuları sakitləşdirməyə çalışıb