Məhərrəm Əliyev Bakıya niyə gəlib?
13-05-2011, 11:55
Oxunub: 5 927
Daşkənddəki general-səfirimiz iki gündür XİN-də əyləşir, onun təhvil-təslim işləri məşğul olduğu iddia edilir
Azərbaycanın Tacikistandakı səfiri, BŞBPİ-nin sabiq rəisi general Məhərrəm Əliyevin Bakıdadır. Bolgexeber.com TİA.AZ saytına istinadən bildirir ki, etibarlı mənbədən daxil olan məlumata görə, general-səfir mayın 10-dan ölkəyə dönüb və son iki gündür davamlı olaraq Xarici İşlər Nazirliyinə gedir.
Verilən məlumatda deyilir ki, M.Əliyevin Bakıya gəlişi səbəbsiz deyil. Onun hər gün XİN-ə gedişi isə təhvil-təslim işləri ilə əlaqələndirilir. Qaynağın iddiasına görə, yaxın günlərdə Tacikistandakı səfirimiz yeni təyinat alacaq.
Xatırladaq ki, bir müddət əvvəl ölkə mətbuatı bununla bağlı məlumat yayaraq bildirmişdi ki, Məhərrəm Əliyev MTN-ə müavin postuna gətirilir. Qəzetlərin yazdığına görə, keçmiş polis rəisi bir müddət əvvəl MTN-dən çıxarılmış müavin Əli Nağıyevin yerinə təyinat alacaq. Lakin bu məlumatı nə onun ailə üzvləri, nə də rəsmi qurumlar təsdiqləməyiblər.
Ancaq bizə çatan məlumatdan belə anlaşılır ki, general-səfirin paytaxta dönməsi səbəbsiz deyil və ortada ciddi bir məsələ var. Yəni, baş verənlər belə deməyə əsas verir ki, Məhərrəm Əliyevi yeni vəzifə gözləyir. Amma bunun MTN-ə və ya başqa bir nazirliyə təyinatla sonuclanacağı hələlik sual olaraq qalır.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə