BolgeXeber.Com » Media » Mətbuat Şurasında dəyirmi masa

Mətbuat Şurasında dəyirmi masa

31-10-2013, 15:50
Oxunub: 4 537 Mətbuat Şurasında «Beynəlxalq münasibətlər mövzusu media müstəvisində» adlı “dəyirmi masa” keçirilib.

Bildirilib ki, Mətbuat Şurası qəzet və informasiya agentliklərinin monitorinqini aparıb. Monitorinq zamanı beynəlxalq münasibətlət mövzusunda yazılar oxunulub. Bu layihədə məqsəd müxtəlif mövzularda yazan jurnalistləri müəyyən etmək və onların treninqə göndərməkdir. Treninqin məqsədi jurnalistləri xəbərlərə beynəlxalq səviyyədə qərəzsiz yanaşmağı öyrətməkdir.

Vurğulanıb ki, monitorinq zamanı Avropa haqqındakı yazılar xəbər portallarında, Asiya ilə bağlı yazılar qəzetlərdə yer alıb.

Layihə rəhbəri Mətbuat Şurasının beynəlxalq əlaqələr komissiyasının sədri, deputat Cavanşir Feyziyev bildirib ki, Azərbaycan iqtisadiyyatı inkişaf edib, beynəlxalq arenaya çıxıb. Mətbuatın inkişaf etməsi üçün peşəkar jurnalistlər olmalıdır. İstəyirik ki, Azərbaycan jurnalistləri xəbəri özləri yazsınlar, ancaq onlar xarici mətbuata istinad edirlər. Elə bu səbəbdən biz jurnalistlər üçün treninqlər keçiririk ki, onlar sahələrində ixtisaslaşsınlar.