Baş redaktor Şahin Ağabəylinin ölümündən 3 il ötür
28-10-2013, 09:50
Oxunub: 3 372
Bu gün «Milli Yol» qəzətinin «Poliqon» İnformasiya Agentliyinin (pia.az) təsisçisi və baş redaktoru Şahin Ağabəylinin avtomobil qəzasında faciəvi şəkildə həlak olmasından üç il ötür.
Şahin Ağabəyli 1976-cı ildə yanvarın 27-də Neftçala rayonunun Aşağı Qaramanlı kəndində dünyaya göz açmışdı. 1993-cü ildə orta məktəbi bitirdikdən sonra mərhum prezident Əbülfəz Elçibəy tərfindən Türkiyə Kara Harp Okuluna təhsil almaq üçün yollanılan 23 gəncdən biri olmuşdu.
1999-cı ildə təhsilini bitirib Bakıya qayıdan Şahin Ağabəyli 2000-ci ildə ordudan tərxis olunur. Elə həmin il Əbülfəz Elçibəy tərəfindən Bütöv Azərbaycan Birliyinin (BAB) nəzdində yaradılan Bütöv Azərbaycan Məktəbinin (BAM) rəhbəri təyin olunur.
2003-cü ildə «Milli Yol» qəzetini təsis edir və qəzetin baş yazarı olur. 2006-cı ildə «Poliqon» İnformasiya Agentliyinin qurucusu olmuşdu. 2009-cu ildə isə baş redaktoru olduğu PİA.AZ saytını təsis etmişdi.
Şahin Ağabəyli 2006-cı ildə peşə fəaliyyətinə görə həbs olunmuşdu.Bir müddət sonra prezident tərəfindən əfv edilmişdi.
Şahin Ağabəyli 2010-cu ildə oktaybrın 27-də səhər tezdən Bakı-Ədət yolunun Səngəçal hissəsində avtomobil qəzasında həlak olub. Dünyaya vida edərkən 34 yaşını doldurmamışdı…
Allah rəhmət eləsin.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə