XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Azərbaycan XİN-dən Paşinyana sərt - CAVAB

Azərbaycan XİN-dən Paşinyana sərt - CAVABErmənistan Baş naziri N.Paşinyanın İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsini növbəti populist açıqlama kimi qiymətləndirmək olar.

Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

Onun sözlərinə görə, N.Paşinyan müsahibəsində “ermənifobiya” fenominindən danışaraq həqiqətlə heç bir əlaqəsi olmayan və yalan nümunələr sadalayır:

“Belə ki, o, UEFA-nın Avropa Liqasının Bakıda keçirilmiş final oyununda guya ki, H. Mxitaryanın erməni olduğu üçün iştirak edə bilmədiyini bildirir. Xatırlatmaq istərdik ki, Azərbaycan tərəfindən bu ilin 29 may tarixində UEFA-nın Avropa Liqasının Bakıda keçirilmiş final oyununda iştirak edən bütün oyunçuların, o cümlədən Arsenal futbol klubunun oyunçusu H. Mxitaryanın, eləcə də bütün pərəstişkarların təhlükəsizliyinin tam şəkildə təmin olunacağı barədə məlumat verilib.

Azərbaycan tərəfindən zəmanət verildiyi halda Avropa Liqasının Bakıdakı final oyununda H. Mxitaryan şəxsi qərarı əsasında iştirak etmədi. Onu da qeyd etmək istərdik ki, bu günə kimi Azərbaycanda keçirilən çoxsaylı idman yarışlarında erməni əsilli idmançılar iştirak ediblər. Hətta dövlət başçısı Avropa oyunları vaxtı erməni mənşəli oyunçunu şəxsən özü mükafatlandırmışdı”.

“Ermənistan hökumət başçısı, başqa bir uydurma ilə çıxış edərək, guya ki, paytaxtımızda erməni musiqisinə qulaq asan sürücünün həbs olunmasına dair növbəti yalan “nümunə” ilə söylədiyi əsassız fikirlərə bəraət qazandırmağa çalışır.

N.Paşinyanın müsahibəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikirlərinə gədikdə isə bildirmək istərdik ki, Azərbaycan Respublikasının Prezidenti cari ilin 3 oktyabr tarixində Soçidə keçirilmiş “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasında çıxışı zamanı münaqişənin həlli kontekstində fikirlərini birmənalı şəkildə səsləndirmiş və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, BMT-nin bütün dünya tərəfindən qəbul edilmiş Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri və Helsinki Yekun Aktı çərçivəsində həll olunmalı olduğunu bildirib.

Münaqişənin məhz bu əsaslarda həlli bölgəmizə dayanıqlı sülh, sabitlik və tərəqqi gətirəcəkdir”, - deyə L.Abdullayeva qeyd edib.
Bölmə: Siyasət | 25 noyabr 2019 18:14





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: