Seçkiyə bir aydan az qaldı - namizədlərin qeydiyyatı davam edir
25-11-2019, 11:26
Oxunub: 6 130
Bələdiyyə seçkilərinə bir aydan az vaxt qalıb
Noyabrın 22-dən bələdiyyə üzvlüyünə namizədlərin sənədlərinin seçki komissiyalarına təqdim edilməsinə ayrılan vaxt başa çatıb. Hələ ki, hansı sayda iddiaçının sənədlərini təqdim etdiyi açıqlanmayıb. Hazırda isə təqdim olunmuş seçici imzalarının yoxlanması və namizədlərin qeydiyyatı mərhələsidir.
Seçkidə 13 siyasi partiya partiya şəklində iştirak etmək üçün müraciət edib və MSK tərəfindən qeydə alınıb. 23 dekabrda keçiriləcək seçkiyə 21 gün qalmış qeydiyyata alınmış namizədlərin təbliğat təşviqatına start veriləcək.
MSK isə bələdiyyə seçkiləri ilə əlaqədar aşağı seçki komissiyalarının maarifləndirilməsi layihəsi çərçivəsində “Seçki günü üçün yaddaş” kitabçası hazırlayıb.
MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən verilən məlumata görə, layihə məntəqə seçki komissiyaları üzvlərinin seçki günü prosedurları ilə bağlı məlumatlarının artırılması və fəaliyyətlərinin daha da təkmilləşdirilməsi məqsədi daşıyır. Nəşrdə MSK sədri Məzahir Pənahovun məntəqə seçki komissiyalarının üzvlərinə müraciəti yer alıb. Kitabçada seçki günü məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, seçki məntəqəsinin açılması, səsvermə saatlarında tədbirlər, seçki məntəqəsinin bağlanması, səslərin hesablanması və səsvermənin nəticələrinə dair yekun protokolun doldurulması müfəssəl izah olunub. Yaddaş kitabçası Seçki Məcəlləsinin müddəaları və MSK-nın qəbul etdiyi təlimat, izah və qaydalar əsasında hazırlanıb.
“Seçki günü üçün yaddaş” kitabçasını aşağı seçki komissiyalarından, eləcə də MSK-nın rəsmi internet səhifəsindən (www.msk.gov.az) əldə etmək mümkündür.
MSK həmçinin müxtəlif seçki subyektlərinin maarifləndirilməsi proqramı çərçivəsində “Polis əməkdaşları üçün yaddaş kitabçası” hazırlayıb. Layihənin həyata keçirilməsində və nəşrin hazırlanmasında başlıca məqsəd polis əməkdaşlarının bələdiyyə seçkilərindəki fəaliyyətinin daha da təkmilləşdirilməsindən ibarətdir.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə birgə hazırlanan yaddaş kitabçası polis əməkdaşlarının istifadəsi üçün nəzərdə tutulub. Nəşrdə polis əməkdaşlarının seçkiqabağı təşviqat dövrü, səsvermə günü və rəsmi seçki sənədlərinin daşınması və mühafizə olunması prosesində xidməti vəzifələrini yerinə yetirərkən həyata keçirəcəyi tədbirlər, eləcə də rol və vəzifələri barədə ətraflı məlumat verilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər