BolgeXeber.Com » FİFA referisi Əliyar Ağayev buna görə cəzalandırılacaq - VİDEO

FİFA referisi Əliyar Ağayev buna görə cəzalandırılacaq - VİDEO

28-04-2016, 13:57
Oxunub: 1 546 FİFA referisi Əliyar Ağayev buna görə cəzalandırılacaq - VİDEO"Azərbaycan Kubokunun yarımfinal mərhələsinin "Neftçi" - "Qəbələ" matçında səhvə yol verən Əliyar Ağayev cəzalandırılacaq"

Bunu "Report"a açıqlamasında AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyib.Komitə sədri baş hakim Əliyar Ağayevin matçın 74-cü dəqiqəsində baş verən epizodla bağlı qərarını səhv adlandırıb: "O ana qədər yaxşı idarə edirdi. Ancaq həmin epizodda hakim səhvi olub. Çempionlar Liqasının 1/4 finalında keçirilmiş "Atletiko" - "Barselona" maçtında Nikola Ritsoli qonaqların penaltisini vermədi. Nə oldu? Başını kəsdilər? Hakim də insandır və o da səhv edə bilər. Bu səhvə görə cəzalanacaq. Əliyar dünəndən özünə gələ bilmir. Bir daha qeyd etmək istəyirəm ki, hakim də insandır və səhv edə bilər".
Qeyd edək ki, aprelin 27-də keçirilmiş "Neftçi" - "Qəbələ" matçının 74-cü dəqiqəsində meydan sahiblərinin qapıçısı Aqil Məmmədov cərimə meydançası daxilində "qırmızı-qaralar"ın üzvü Aleksey Qaya qarşı kobud oynayıb. Matçın baş hakimi Əliyar Ağayev həmin epizodu simuliasiya kimi qiymətləndirib və ikinciyə sarı vərəqə göstərib. Matç 1:1 hesabı ilə başa çatıb.