BolgeXeber.Com » Xəbərlər » Şeytan çarxı fəaliyyətini dayandırıb?

Şeytan çarxı fəaliyyətini dayandırıb?

27-04-2024, 17:55
Oxunub: 3 632
Sosial şəbəkələrdə paytaxtda bulvar ərazisində yerləşən “Panoram attraksionu”nun (Şeytan çarxı) fəaliyyətinin dayandırılması ilə bağlı məlumatlara rast gəlinib. Bu, əylənmək istəyənləri bir qədər narahat edib.

Bolgə.TV xəbər verir ki, məsələ ilə bağlı Oxu.az-a açıqlama verən Dənizkənarı Bulvar İdarəsinin mətbuat katibi Əfsanə Mehdiyeva “Şeytan çarxı”nın fəaliyyətinin dayandırması ilə bağlı yayılan məlumatın həqiqəti əks etdirmədiyini bildirib.
“Şeytan çarxı” fəaliyyətini dayandırmayıb. Attraksion fəaliyyət göstərir. Yayılan məlumatlar absurddur. Attraksionun fəaliyyəti ümumiyyətlə dayandırılmayıb. Sadəcə küləkli hava şəraitində işləməsi mümkün deyil. Fəaliyyətə başladığı ilk gündən bu prinsiplə çalışır”, - Ə.Mehdiyeva qeyd edib.
Qeyd edək ki, attraksion 2014-cü ildən fəaliyyət göstərir. Ötən il təmirə bağlanan “Şeytan çarxı” bu il martın 16-da fəaliyyətini bərpa edib.