BolgeXeber.Com » Ramin Quluzadə “Əli Abbasova” rəhmət oxutdurur

Ramin Quluzadə “Əli Abbasova” rəhmət oxutdurur

12-11-2016, 14:45
Oxunub: 4 477 Ramin Quluzadə “Əli Abbasova” rəhmət oxutdururAzərbaycanın istənilən poçt şöbəsində hər hansısa bir xidmətin göstərilməsi zamanı vətəndaşdan 20 qəpik pul alınır

Keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun zərərsizləşdirilməsi zamanı ortaya kifayət qədər ciddi məqamlar çıxdı

Onlarla adam həbs olundu, bir neçə generalın rütbəsi əlindən alındı və sairə. Bu araşdırmaların daha bir qurbanı keçmiş Rabirə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov oldu. Bəzi mənbələr Əli Abbasovun vəzifədən uzaqlaşdırlmasını gözlənilməz hadisə hesab etsə belə, reallıqda o daha nazir deyil və evində ciddi nəzarət altında yaşayır.
Bir müddət sonra isə hər iki quruma rəhbər təyin edildi.
Rabitə Və İnformasiya Texnologiyalar nazirliyinə gözlənilmədən bu səhəyə aidiyyatı olmayan daha gənc kadr Ramin Quluzadə təyun olundu.
Təbii ki, təyinat zamanı istər yuxarı instansiyalar, istərsə də kütlə yeni nazirin daha effektiv işləyəcəyini proqnozlaşdırırdı.
Bildirilirdi ki, Ramin Quluzadə gənc kadr olaraq ölkəmizin informasiya texnologiyalar sahəsində daha irəli getməsi üçün addımlar atacaq. Daha böyük uğurlara nail olacağıq.
Bir ildən artıq müddət olmasına baxmayaraq yeni nazirin hələ ciddi bir addım atmasının şahidi olmamışıq. Əksinə daha primitiv problemlərlə rastlaşırıq ki, sadə insanlar hələ 10 il əvvəl bunlarla rastlaşırdı.
Məsələn, Azərbaycanın istənilən poçt şöbəsində hər hansısa bir xidmətin göstərilməsi zamanı vətəndaşdan 20 qəpik pul alınır. Heç bir qəbz filan ödənilmədən “20 qəpik ödəyin” deyirlər. Nədir bu 20 qəpik? Hansı rüsumdur? Nəyə görə alınır? Poçtlarda yığılan 20 qəpiklər ayın sonunda kimə çatır? Bu pul neçə yüz minlər edir?
Belə faktları qabardarkən nazirliyin aidiyyatı qurumları yalandır deyir. Axı yalan deyil və bunu hər kəs görür. Axı biz nə zaman bu 20 qəpik rüşvətdən yaxa qurtaracayıq? Və yaxud vətəndaşdan tələb olunur ki, mütləq filan qəzeti almalısan. Niyə almalıdır? Poçtlarda satılan qəzetlər niyə insanlara sırınır?
Hələ poçtlarda ömrünü çoxdan başa vurmuş kompyuterləri demirəm. Saatlarla gözləyirsən ki, sistem açılsın. Sistem nə qədər donar… Bu vəziyyətə gülmək də olmur..
Daha bir ciddi fakt. İşlətmədiyin internetə görə ödənilən pul və ya borc… Təsəvvür edirsinizmi bu nə deməkdir… Vətəndaş internet pulunu odəyə bilmir və nəticədə interneti kəsilir. Bu normal haldır və belə də olmalıdır. Bəs növbəti aylarda işlətmədiyi internetə görə niyə pul ödəməlidir?
3 ay işlətmədiyin internetə görə borc yazırlar. O zaman Ramin Quluzadənin nəzarəti altında olan bu sistem və ya nazirliyin işçiləri hara baxır? Bütün rayon ATS-ləri məlum problemlə bağlı edilən müraciətlərə konkret cavab verir : “Nazirin qoyduğu qayda belədir”. Əcəba bu qaydanı nazir Ramin Quluzadə nəyə əsasən qoyub? Qanunun hansı maddəsi bunu deyir?
Ola bilər ki, yuxarı dairələr nazir olaraq Ramin Quluzadənin fəaliyyətindən razı qalsın, onu alqışlasın. Amma cəmiyyətin böyük hissəsi ciddi nazrazıdır. Yuxarda sadalanan hallar sıradan və sadə problemlərdir. Bunlardan daha betərləri mövcuddur ki, zaman-zaman onları da qabardacayıq.