Dilənçi qızların qrup seks biznesində istifadəsinə dair şok faktlar
15-04-2014, 07:05
Oxunub: 5 580
Azərbaycanda dilənçiliklə məşğul olan yeniyetmə qızlar insan alverçiləri tərəfindən qrup seks biznesində istifadə edilir.
Bu barədə məlumatı movqe.az-a açıqlamasında "Qadın Krizis Mərkəzi"nin rəhbəri Mətanət Əzizova söyləyib.M. Əzizova bildirib ki, bu barədə insan alveri qurbanları məlumat veriblər: "İnsan alveri qurbanları ilə söhbətdə onlar təsdiqləyirdilər ki, onların çalışdığı otellərə və kiçik kafelərə yeniyetmə dilənçi qızlar gətirilirdi. Həmin qadınların söylədiyinə görə, o qızlar daha çox qrup sekslərdə istifadə edilirmiş.
Həmin qaraçı qızların içərisindən qəşənglərini seçib müəyyən şəxslər tərəfindən maşınla Bakıda müxtəlif ünvanlara sifarişlər üçün aparılırmış. Əvvəllər dilənçiliklə məşğul olan qızlar deyirmişlər ki, onlar küçədə dilənərkən dəfələrlə bir neçə nəfər tərəfindən belə zorakılığa məruz qalıblar".
Insan alverçiləri tərəfindən cinsi istismara məruz qalan dilənçi qızlar həmin qadınlara şok faktlar açıqlayıb. Bildiriblər ki, onların 10 yaşından sonra bakirəlikləri pozularaq fahişəliyə hazırlanırmışlar: "İnsan alveri qurbanı olan qadınlarla söhbətdə o da məlum olub ki, yeniyetmə dilənçi qızlar on nəfərlik qrup seks biznesində istifadə edilərək dəhşətli cinsi istismara məruz qoyulurmuş".
M. Əzizova dilənçi qızlarla yanaşı insan alverçiləri tərəfindən yeniyetmə oğlanların da cinsi istismar edilməsi faktlarının olduğunu söyləyib: "Dilənçiliklə məşğul olan uşaqların ümumiyyətlə, yaş həddinə görə, istismar növü dəyişir. 10 yaşınadək həmin qızlar dilənməyə məcbur edilirsə, 10 yaşdan sonra onlardan fahişəlik etmək üçün istifadə edilir. Ən pisi isə odur ki, bu qızlar öz hüquqlarını qorumaq üçün hüquq mühafizə orqanlarına müraciət etmədiklərindən onların cinsi istismarı davam edir".
Bolgexeber.com
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər