BolgeXeber.Com » Gündəm » Kərəm Həsənov diri bir fabriki necə sıradan çıxarır?

Kərəm Həsənov diri bir fabriki necə sıradan çıxarır?

15-04-2014, 15:50
Oxunub: 2 680 Kərəm Həsənov diri bir fabriki necə sıradan çıxarır? - “Bakı Çayçəkici” ASC Komitə Sədrinin güdazına gedir...

Əmlak Məsələləri Dövlət Komitəsi növbəti dəfə “Bakı Çayçəkici” ASC-nin səhmlərinin 93,96%-i investisiya müsabiqəsinə çıxarıb. Bu dəfə investorlardan profili saxlamaq tələb olunmur.

Sonuncu dəfə səhmlər 2013-cü ilin avqutunda təklif edilib. O vaxt iddiaçılara dövlət büdcəsinə 150 000 manat köçürmək təklif edilirdi. İndi bu məbləğ 80 000 manatdır.

Ötən il məlum oldu ki, müəssisə Sabunçu rayonuna “atılıb” (Bakıxanov qəs, S Qocayev küç). Turan müəyyən edib ki, əvvəlki ərazidə (Nəsimi r-nu, Səfərəliyev küç, 24) xarabalıq alıb. Yəqin, 3,92 ha ərazi özəlləşdirilib.

Amma “Bakı Çayçəkici”nin nizamnamə kapitalı dəyişməyib - 171 740 manat. Qanuna zidd olaraq, ƏMDK satılacaq torpaq sahəsi, müəssisənin əmlak və tikililəri barədə informasiyanı gozlədir.

Fabrikin əmək kollektivi 6,04% səhm payına malikdir. Səhmlərin 15%-nin işçilərə satışı 2001-ci ildə təşkil edilib. Fabrik o vaxtdan işləmir.

Beş ildə “Bakı Çayçəkici” ASC-nin öhdəlikləri 49 mindən 198,8 min manata artıb. Bunun 51,5 min manatı əmək haqqı borcudur və onu investor ödəməlidir.