BolgeXeber.Com » Gündəm » Rusiya Ukrayna ilə sərhəddə qoşunlarını geri çəkdi

Rusiya Ukrayna ilə sərhəddə qoşunlarını geri çəkdi

29-04-2014, 01:35
Oxunub: 2 555 Ukrayna ilə sərhəddə cəmləşmiş Rusiya hərbi birləşmələri geniş miqyaslı hərbi təlimləri dayandıraraq öz daimi dislokasiya yerlərinə qayıdıb

Rusiya mətbuatına istinadən verilən xəbərə görə, bu barədə müdafiə naziri Sergey Şoyqu ABŞ-ın müdafiə naziri Çak Hygellə söhbət zamanı bildirib.“Ukrayna hökuməti dinc əhaliyə qarşı nizami ordu hissələrindən istifadə niyyətinin olmadığını bəyan edən kimi təlimlər dayandırılıb və qoşunlar öz daimi dislokasiya yerlərinə qayıdıb”, - deyə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.