BolgeXeber.Com » Gündəm » Yanan “Maserati”nin sahibi azərbaycanlı oliqarx çıxdı - Foto

Yanan “Maserati”nin sahibi azərbaycanlı oliqarx çıxdı - Foto

10-05-2014, 15:45
Oxunub: 3 025 Bu gün səhər Bakıda yanıb külə dönən “Maserati”nin sahibi məlum olub

Məlumata görə, avromobilin sahibi Azad Abdullayev azərbaycanlı oliqarx, “Baghlan Group” şirkətlər qrupunun prezidenti Hafiz Məmmədovun şərikidir. Hadisə baş verən anda sükan arxasında olmuş Rüfət Abdullayev (Azad Abdullayevin oğlu) “Hafka”nın oğlu Kənan Məmmədovla yaxın dostdur. Rüfət Abdullayevə məxsus olan və bu gün səhər saatlarında Rəşid Behbudov küçəsində yanan “Maserati”nin 10 LL 010 dövlət nömrə nişanının bir neçə maşına bağlanması üzə çıxıb. Həmin nömrə ayrı-ayrı vaxtlarda "BMW" və "Range Rover" markalı avtomobillərə vurulub. Qeyd edək ki, bu gün səhər saatlarında Rəşid Behbudov küçəsində "Maserati" markalı avtomobil qəzaya uğrayaraq yanmışdı. Nəsimi Rayon Polis İdarəsindən bildirilib ki, həmin avtomobil Rüfət Azad oğlu Abdullayevə məxsusdur. Maşının dövlət nömrə nişanı isə 10 LL 010-dur. Hadisə şahidlərinin verdikləri məlumata görə, "Maserati"nün sükanı arxasında çox gənc sürücü olub. Maşının yandığını görən kimi ondan düşüb, heç söndürməyə cəhd belə etmədən hadisə yerini tərk edib virtualaz.org/