BolgeXeber.Com » Gündəm » Qiymətini eşidəndə şoka düşəcəksiniz

Qiymətini eşidəndə şoka düşəcəksiniz

10-05-2014, 16:55
Oxunub: 2 545 Dünyanın ən böyük mavi almazı İsveçrədə alıcılara təqdim olunub. Auksionla satışa çıxarılacaq almazın dəyəri təxminən 30 milyon dollara bərabərdir. Gözqamaşdıran almaz 13,22 karatdır.

Kiçik görünsə də bu daş, dünyanın ən böyük mavi almazıdır. Dəyəri isə təxminən 30 milyon dollardır. Dünyanın ən böyük mavi almazı İsveçrənin Cenevrə şəhərində auksiona çıxarılacaq.

Qüsursuz kəsilmiş almaz 13,22 karatdır. Mütəxəssislər bu almazın çox nadir olduğunu və bu dəyərdə bir almazın ilk dəfə tapıldığını deyirlər. Auksionda 8 milyon dollar dəyərində olan 5 karatlıq mavi-yaşıl bir almaz da satışa çıxarılacaq. Cenevrədə keçiriləcək auksion mayın 14-nə kimi davam edəcək.