Məmurun oğluna görə polis rəisinə təzyiq edilir - video
20-07-2014, 16:55
Oxunub: 3 087
Dövlət Yol Polisi əməkdaşlarının bir neçə gün öncə Nabranda keçirdiyi reyd hələ də müzakirə olunur
Nabrandakı mənbədən Axar.az-a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsi əməkdaşlarının keçirdikləri reyd gərginliyi ilə yadda qalıb. Bildirilir ki, polisin qanuni tələblərinə tabe olmayanların polisə müqavimət göstərmələri ilə müşayiət olunan və telekameralarla lentə alınan reyd zamanı saxlanılan sürücülər arasında məmurlardan birinin oğlu da görüntülənib və kanallardan biri bu kadrları efirə verib.
Bu və digər səbəblər isə ciddi skandala səbəb olub. Məlumatda qeyd olunur ki, bu hadisədən sonra Xaçmaz RPŞ DYPB-nin rəisi Əliağa Əsgərbəyliyə təzyiqlər başlayıb.
DYPB-nin rəisi Ə.Əsgərbəyli isə açıqlamasında faktı təkzib etdi, ancaq növbəti sualı gözləmədən telefonu bağladı.
Qeyd edək ki, reydin keçirilməsində əsas məqsəd baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısını almaqdır.
Reyd zamanı polis əməkdaşları 62 nəfər sürücü barədə protokol tərtib edib. Bu zaman polisin “saxla” əmrinə tabe olmayan sürücülər də olub. Amma polis qanunu pozan şəxsləri cəzalandırıb. Onlardan 8-i sərxoş, 7-si sürət həddini aşma, 47-si ötmə və avtomobilində artıq avadanlıq quraşdırma və digər qayda pozuntuları ilə yadda qalıb. Bütün qayda pozuntusuna görə Xaçmaz polisi tərəfindən protokollar tərtib edilib.
Bolgexeber.com
Çox Oxunanlar
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 13-04-2024, 14:14 : Dilanın Bakıdakı gözəllik mərkəzi satışa çıxarıldı
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes
- 11-04-2024, 17:29 : Ukraynada son durum necədir?
Dünya / Xəbərlər