Bu gün bürcünüz nə vəd edir?
21-07-2014, 08:55
Oxunub: 3 098
QOÇ - Sevinməyə dəyər. Çünki astroloji göstəricilər əksər bürclərlə müqayisədə yalnız sizin qazanmaq ehtimalınız olduğunu təyin edib
Deməli, əzmkarlığınızı artırmaqla buna nail olmalısınız.
BUĞA - Planetlərin yerdəyişməsi yaxınlaşdığından hər hansı mübahisə və ya münaqişəyə həvəs göstərməyiniz zərərinizə olar. Belə bir mənzərə yaransa, müəyyən ünvanlara qonaq getməyə dəyər.
ƏKİZLƏR - Mənfi enerjili Ay bürcünüzdə olduğu üçün sağlamlığınıza fikir verməlisiniz. Ağır fiziki işlərdən ehtiyatlanmalısınız. Qərar qəbul edərkən müsahib rəyini mütləq nəzərə alın.
XƏRÇƏNG - Sizə borclu olanlardan, eləcə də məvacib prosesində gecikən pullarınızı əldə etməyə çalışın. Əks təqdirdə nöbəti bir həftə ərzində buna nail olmayacaqsınız.
ŞİR - Kifayət qədər məhsuldar bir gündür. Emosionallığınızı soyuqqanlılıqla əvəz edə bilsəniz, bir çox sahələrdə uğurlarınız olacaq. Şəxsi işlərinizdə əsaslı dönüş də başlaya bilər.
QIZ - Çoxsaylı görüşlərdə iştirakınızdan xəbər verən Göy qübbəsi maraqlı təkliflər alacağınızı da bəyan edir. Yeni işlərə başlamaq və ya bu barədə fikir mübadiləsi aparmaq üçün yaxşı vaxtdır.
TƏRƏZİ - Yeni əlaqələrə başlamaq, fəaliyyət zəminində dönüş yaratmaq üçün sərfəli tarixdir. Bu istiqamətdə xərcə düşməkdən qorxmayın. Çünki müdafiənizdə duran ulduzlar sizi qoruyacaq.
ƏQRƏB - İxtiyarınızda olan bu süst gündə həmkarlarınızla münasibətdə təmkinli olun. Bunu bacarsanız, sonrakı müddətdə problemlə rastlaşmayacaqsınız. Mühüm sirlərinizi hər kəsə deməyin.
OXATAN - Son vaxtlar işlə bağlı passivliyə mübtəla olmağınız sizi yormaqdadır. Bu gün də belə bir şey gözlənildiyindən vaxtınızı əyləncələrə həsr edin. Sevgidə kobudluğa yol verməyin.
OĞLAQ - Əsas vaxtınızı münasibətlər zəminində qurun. Dostluq-yoldaşlıq istiqamətində, ələlxüsus da sevgi məsələlərində sevindirici anlarınız olacaq. Amma uzaq səfərə çıxmaq fikrindən daşının.
SUTÖKƏN - Qarşınızda perspektivli və yorucu işlər durur. Ulduzlara inansaq, ötən günlərdə yol verdiyiniz hansısa səhvi düzəltmək imkanı da qazanacaqsınız. Etibarsız adamlardan uzaq olun.
BALIQLAR – Olduqca riskli gündür. Bu səbəbdən istənilən addımı atmazdan qabaq mütləq mövcud reallığı nəzərə almalısınız. Təcrübəli adamlardan yararlanın. Yerli-yersiz özünüzü tərifləməyin.
Çox Oxunanlar
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 13-04-2024, 14:14 : Dilanın Bakıdakı gözəllik mərkəzi satışa çıxarıldı
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes
- 11-04-2024, 17:29 : Ukraynada son durum necədir?
Dünya / Xəbərlər