Şirkət rəhbərinin 218 minini oğurlayan tapıldı
3-12-2011, 13:15
Oxunub: 4 205
Bakıda şirkət rəhbərinin maşınından külli miqdarda pulun sürücüsü tərəfindən oğurlandığı məlum olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bolgexeber.com-a verilən məlumata görə, noyabrın 28-də "AZEL Elektroniks" şirkətinin sürücüsü Sabir Sadıxov tərəfindən idarə edilən "Nissan Maxima" markalı avtomaşından şirkətə məxsus 218056 manat pulun sürücünün özü tərəfindən oğurlandığı müəyyən edilib.
Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsində aparılan araşdırmalar zamanı məlum olub ki, Sadıxov hadisə ilə bağlı polisə yalan məlumat verib.
Qeyd edək ki, sürücü polisə izahatında oğurluğun avtomobili Həsən Əliyev küçəsində tıxacda dayanan zaman baş verdiyini bildirmişdi.
Qeyd etmişdi ki, naməlum şəxs qəfildən avtomobilin qapısını açaraq sürücünün yanındakı oturacağın ayaq hissəsində pul dolu çantanı götürərək qaçıb.
Faktla bağlı Cinayət Məcəlləsinin zərər çəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədilən soyğunçuluq (180.3.2-ci) maddəsi ilə cinayət işi başlanıb.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər