Azərbaycanda saxta diplomlu müəllimlərin sayı açıqlandı
3-12-2011, 11:30
Oxunub: 9 674
Misir Mərdanov: “Saxta diplomlu müəllimləri işə götürənlər bu gün Təhsil Nazirliyinin kollegiya iclasında əyləşənlərdir”
Azərbaycanda 455 saxta diplomlu müəllim aşkar edilib. Bunu bu gün Misir Mərdanov jurnalistlərə açıqlamasında söyləyib.
Misir Mərdanov bildirib ki, onların çoxu işdən azad olunub. Onun sözlərinə görə, saxta diplomlu müəllimlərin 260 nəfəri lisenziyası olmayan təhsil müəssisələrinin diplomu ilə işləyənlər, 210 nəfəri xarici ölkələrdə təhsil müəssisələrində təhsil alsalar da, diplomlarını Azərbaycanda leqallaşdırmayanlardır. 11 nəfər özəl təhsil müəssisələrinin arayışı ilə işləyib. Müxtəlif kursların vəsiqələri ilə işləyən müəllimlərin sayı isə 54 nəfərdir.
Təhsil naziri saxta diplomlu müəllimlərin ən çox Goranboy rayonunda aşkarlandığını nəzərə çatdırıb. O qeyd edib ki, saxta diplomlu müəllimlərin çoxu 2000-2007-ci illərdə işə qəbul olunanlardır. Misir Mərdanov onu da vurğulayıb ki, saxta diplomlu müəllimləri işə götürənlər bu gün Təhsil Nazirliyinin kollegiya iclasında əyləşənlərdir: “Bilərəkdən bu addımı atıblar. Çünki məktəb direktoru bilir ki, filankəsin uşağı haranı, hansı təhsil müəssisəsini qurtarıb. Lakin buna baxmayaraq, onu işə götürür...”
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər