BolgeXeber.Com » Gündəm » Elmar Vəliyevə iki vəzifə təklif olunub

Elmar Vəliyevə iki vəzifə təklif olunub

13-12-2011, 16:30
Oxunub: 5 544 Gəncənin icra başçısı Hacıbala Abutalıbov və ya Abid Şərifovu əvəzləyə bilər

Gəncəyə icra başçısı təyin olunandan sonra adı bir çox qalmalallarda hallanan Elmar Vəliyevə iki vəzifə təklif olunub. Etibarlı mənbələrdən Bolgexeber.com-a verilən məlumata görə, ölkənin ikinci paytaxtının icra başçısı artıq bununla bağlı yanvarın ortalarına kimi seçim etməlidir.

Mənbənin bildirdiyinə görə, Elmar Vəliyevə təklif olunan vəzifələrdən biri Bakı Şəhər İcra Hakimiyyətinin başçısı postudur. İkinci təklif isə baş nazirin müavinliyidir. Məlumatda deyilir ki, hakimiyyət dairələrinin təklif olunan vəzifə həmçinin Fövqəladə Hallar Komissiyasının rəhbərliyini də əhatə edir. Güman edilir ki, Elmar Vəliyev Abid Şərifovun postuna sahib olmaq üçün razılıq verəcək. Çünki vəzifə baxımından baş nazirin müavini olmaq daha pristijli görünəndir.