BolgeXeber.Com » Gündəm » Rəsul Quliyev Bakıda həbs olundu

Rəsul Quliyev Bakıda həbs olundu

16-04-2012, 12:45
Oxunub: 3 387 Bakıda kitab satmaq adı ilə adam soyan şəxslər yaxalanıb

Bolgexeber.com-un Ans press-ə istinadən məlumatına görə, Bakıda kitab satmaq adı ilə adam soyan şəxslər yaxalanıb. Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, iki naməlum şəxs Təbriz küçəsində Bakı şəhər sakini İlqar İsmayılovun idarə etdiyi "Mesedes" markalı avtomobilə yaxınlaşaraq kitab satmaq adı ilə onun əlində olan 480 manat pulu alıb qaçıblar. Nərimanov RPİ Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törədənlərin şəxsiyyəti müəyyənləşib. Əvvəllər məhkum olunmuş Bakı şəhər sakinləri Rəsul Quliyev və Ramil Hüseynov aprelin 14-də tutulublar.