BolgeXeber.Com » Gündəm » Bakıda ər özündən 16 yaş kiçik həyat yoldaşını bıçaqladı

Bakıda ər özündən 16 yaş kiçik həyat yoldaşını bıçaqladı

16-04-2012, 12:50
Oxunub: 4 074 Elşən Məmmədovun 16 yaş kiçik həyat yoldaşını bıçaqlamasına səbəb ailədaxili münaqişə olub

Bolgexeber.com xəbər verir ki, Bakının Xətai rayonu ərazisində kişi arvadını bıçaqlayıb. Xətai RPİ 34-cü Polis Bölməsindən verilən məlumatd bildirilir ki, hadisə Neapol küçəsində baş verib. Belə ki, həmin ünvanda yaşayan 1965-ci il təvəllüdlü Elşən Məmmədov həyat yoldaşı 1981-ci il təvəllüdlü Rəna Məmmədovanı bıçaqlayıb. Hadisə ailədaxili münaqişə zəmnində baş verib.

Həyat yoldaşını bıçaqlayan Elşən Məmmədov Xətai RPİ 34-cü PB-nin əməkdaşları tərəfindən yaxalanıb və istintaqa təhvil verilib.