BolgeXeber.Com » Gündəm » İran səfirliyi önündə aksiya keçirildi – Foto

İran səfirliyi önündə aksiya keçirildi – Foto

16-04-2012, 14:20
Oxunub: 3 614 Bu gün yəni “Dalğa” Gənclər Hərəkatı (Dalğa GH) növbəti aksiyasını keçirib

Bu barədə Bolgexeber.com-a hərəkatın üzvləri məlumat verib. Aksiya piket xarakterli olub və İran İslam Respublikasının Azərbaycandakı səfirliyi binasının önündə baş tutub. Gənclər “WTF?!”, “Freedom for people”, “independence for nations; Dried up Urmiya, do not dry up Syria” şüarları ilə öz etirazlarını aidiyyatı qurumlara ünvanlayıblar. Aksiyada 20-dən çox “Dalğaçı” iştirak edib. Aksiya insidentsiz ötüşüb və heç bir polis müqaviməti qeydə alınmayıb.
Əlavə məlumat üçün qeyd edək ki, artıq 1 həfətən çoxdur ki, Dalğa GH “Suriya dekadası” kampaniyası çərçivəsində ciddi işlər gedir. Suriyada olan silahlı vətəndaş müharibəsinə, hakimiyyət tərəfindən əhalinin hüquqlarının pozulmasına, onlara qarşı olan despotik təzyiqlərə etirazlarını bildirillər. Artıq gənclər Rusiya və Çinin Azərbaycandakı səfirlikləri önündə özünəməxsus şüarlarla etirazlarını bildirib.