BolgeXeber.Com » Gündəm » Hesablama Palatası Şamaxı İH başçısını yoxlayacaq-VİDEO

Hesablama Palatası Şamaxı İH başçısını yoxlayacaq-VİDEO

7-04-2016, 12:36
Oxunub: 4 383 Hesablama Palatası Şamaxı İH başçısını yoxlayacaq-VİDEOAsif Ağayevin rayon İcra Hakimiyyətində fəaliyyətinin təftişi gözlənilir

Dövlət büdcəsindən RİH-nə ayrılan vəsaitlərin hansı şəkildə xərclənməsi Hesablama Palatası tərəfindən yoxlana bilər. RİH-nin Şamaxıda abadlıq-quruculuq işləri altında vəsaitləri mənimsəməsi, ayrı-ayrı məmurların yol verdiyi maxinasiyalarda icra başçısının xüsusi payı olduğu bildirilir. Yaxın günlərdə Hesablama Palatası tərəfindən Şamaxı RİH-də yoxlamalar olacağı istisna edilmir. BTV.AZ bildirir ki,son günlər A.Ağayevin villalarının fotolarının yayımlanacağı xəbərləri başçını həyəcanlandırıb.
İcra başçısının rayonun Nağaraxana kəndində malikanələr tikdirməsi barədə son günlər ictimailəşən xəbərlər, habelə oğlunun “Leksus” markalı avtomobili sürməsi haqda yazılanlar A.Ağayevi narahat edib. Bildirilir ki, cəbhə xəttində baş verənlərə baxmayaraq icra başçısının başı öz imarətlərinin tikintisinə qarışıb. Məlumata görə, icra başçısı Nağaraxana kənd üzrə nümayəndəsi Abı Həsənovu yanına çağırıb. A.Ağayev ondan yazılara son qoyulmasını tələb edib. A.Həsənov kənddə keçirdiyi yığıncaqda icra başçısının göstərişini diqqətə çatdırıb. İcra hakiminin oğlunun 10 AA 800 dövlət nömrə nişanlı “Leksus” markalı avtomobil istifadə etməsi də əndişələndirib. Mənbə qeyd edib ki, artıq Nağaraxana kənd sakinləri Prezident Administrasiyasına müraciət ünvanlayıb.
Bolgexeber.com