BolgeXeber.Com » Gündəm » Səlim Müslümovun Göyçaydakı kadrının rəzaləti-VİDEO

Səlim Müslümovun Göyçaydakı kadrının rəzaləti-VİDEO

11-05-2016, 14:49
Oxunub: 2 801 Səlim Müslümovun Göyçaydakı kadrının rəzaləti-VİDEOMərkəz müdirinin Göyçay şəhərində yerləşən 3 mərtəbəli dəbdəbəli villasının qiyməti təxminən 1 milyon manata yaxındır

Son vaxtlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerlərdəki kadrlarının fəaliyyəti ilə bağlı mediada müxtəlif məlumatlar yayılır. Nazir Səlim Müslümov bu posta oturduğu ilk günlərdə korrupsiya və rüşvətlə kəskin mübarizə elanı versə də baş verənlər bu siyasətin nəticəsiz olduğunu göstərir. Belə ki, A Göyçay rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin müdiri Aqşin Qafurov sözün həqiqi mənasında regional oliqarxa çevrilib. Aqşin Qafurov Göyçay rayonunda inşa etdirdiyi dəbdəbəli villanı, obyektləri, qoyunçuluq təsərrüfatını, yüz hektarlarla torpaq sahələrini hansı vəsaitlər hesabına əldə etdiyi müəmmalıdı. Göyçay sakinlərinin verdikləri məlumatlarda bildirilir ki, Aqşin Qafurovun rayonun Bığır kəndində iki qoyun ferması fəaliyyət göstərir və həmin təsərrüfatda 1000-ə yaxın qoyun var. Həmin qoyunları isə 13 yaşlı Səbuhi adlı bir oğlan otarır.
Digər ilginc məlumatda isə qeyd olunur ki, mərkəz müdirinin Göyçay şəhərində yerləşən 3 mərtəbəli dəbdəbəli villasının qiyməti təxminən 1 milyon manata yaxındır. Ancaq Aqşin Qafurovun villası biri ilə bitmir.
Göyçay rayon sakinləri bildirirlər ki, Aqşin Qafurov yüzlərlə şəxsi qanunsuz olaraq sosial yardım siyahısına salıb. Öz adamlarının sənədlərini ustalıqla saxtalaşıdıran mərkəz müdiri onların nazirliyin komputer sistemindən asanlıqla keçməsinə şərait yaradır və Aqşin Qafurovun mərkəzdəki Fuad, Fəhmin, Esmira üçlüyündən ibarət “komandası” həqiqətəndə sosial yardım almaq istəyən vətəndaşları soymaqla məşğuldurlar.
Mərkəz müdirinin sosial almaq istəyən vətəndaşlardan nəğd şəkildə 600-700 manat rüşvət alır və bu işdə onun əsas köməkçiləri Aqşin Qafurovun müavini Fuad Seyidov, baş mühasibi Fəhmin Cəfərov və onun baldızı Esmira adlı xanımdır. Görüntülərdən də gördüyünüz kimi Esmira xanım vətəndaşdan 50 manat rüşvət alır.Araşdırmalarımız davam edəcək!
Bolgexeber.com