BolgeXeber.Com » Gündəm » Yardımlıda Su və Kanalizasiya xəttlərinə niyə nəzarət olunmur? (VİDEO)

Yardımlıda Su və Kanalizasiya xəttlərinə niyə nəzarət olunmur? (VİDEO)

11-05-2016, 14:58
Oxunub: 4 481  Yardımlıda Su və Kanalizasiya xəttlərinə niyə nəzarət olunmur? (VİDEO)Onların pulunu verməyən Cəbrayılov bununla yanaşı işçiləri müqaviləsiz işlədir

Xatırlayırsınızsa 2014-cu ildə “İHİ” şirkətindən Bolgexeber.com-a şikayət edən “Supra”şirkətinin rəhbəri Ramiz Cəbrayılov adı çəkilən şirkətdən pulunu ala bilməməsindən gileylənirdi. Lakin indi vəziyyət elə gətirib ki,fəhlələr Yardımlı rayonuna Su və Kanalizasıya turbalarının çəkilişi üçün İHİ şirkəti tərəfindən rayona yollanan “Supra” şirkətinin rəhbərindən narazıçılıq edirlər.Belə ki, adı çəkilən şirkətin rəhbəri ərazidə işləmək əvəzinə fırıldaqçılıqla məşğuldur.Sən demə Ramiz Cəbrayılov pulunu artıqlaması ilə alır, ancaq di gəl ki,işçilərə deyir ki “mənə pul verilməyib”.Onların pulunu verməyən Cəbrayılov bununla yanaşı işçiləri müqaviləsiz işlədir.Üstəlik o, “İHİ” şirkətinin də tapşırdığı işi başdansovdu edərək,şirkəti aldadır.Çəkdiyi su və kanalizasiya turbaları isə köhnə və yararsızdır.Turbaların üzərinə tökülən betonun isə qalınlığı 60 sm olmalı halda 40 sm olub.Maraqlıdır,görəsən 2 il bundan öncə İHİ şirkətini haqqlarını tapdalığı üçün ağ yuyub qara sərən Ramiz Cəbrayılov necə olub ki,hələ də orada qala bilib?Ümumiyyətlə belə bir fırıldaqçının həmin şirkətdə qalmağının məqsədi nədir?Məgər “İHİ” şirkəti görülən keyfiyyətsiz işlərdən agah deyilmi?Bizə verilən məlumatlara görə adı çəkilən şəxsin fırldaqları bununla bitmir.Buna görə də mövzunu araşdırmaqda davam edəcəyik!
Bolgexeber.com