BolgeXeber.Com » Gündəm » Şamaxı Poçt Filialının rəisi sürücünü işdən çıxartmaq üçün onu şantaj edib?-Nazirə Şikayət

Şamaxı Poçt Filialının rəisi sürücünü işdən çıxartmaq üçün onu şantaj edib?-Nazirə Şikayət

23-06-2016, 13:02
Oxunub: 4 885 Şamaxı Poçt Filialının rəisi sürücünü işdən çıxartmaq üçün onu şantaj edib?-Nazirə Şikayət"Tağı Həsənov mənim etirazıma cavab olaraq dedi ki bir şərtlə işdə qala bilərsən ki, idarə etdiyin maşının bardaçokundan yoxa çıxan içərisində 2000 dollar olan konverti yerinə qoyasan"

Bolgexeber.com-a redaksiyasına məktub yazan Şamaxı Regional Poçt filialının sabiq sürücü-inkasatoru Şamaxı Poçt Filialının rəisi Tağı Həsənovun qanunsuz əməllərindən şikayətçidir . Bolgexeber.com vasitəsilə Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəyə müraciət edən vətəndaş yazır:
“Cənab nazir, 08 iyul 2015-ci ildən Şamaxı poçt filialında sürücü-inkasator vəzifəsində çalışırdım.08 yanvar 2016-cı ildə filal rəisi Tağı Həsənov məndən işdən çıxmaq barədə ərizə yazmagımı tələb etdi. Mən isə onunla razılaşmadım. Dedim,ki işdən çıxsam balalarımı nə ilə dolandıracam.Tağı Həsənov mənim etirazıma cavab olaraq dedi ki bir şərtlə işdə qala bilərsən ki, idarə etdiyin maşının bardaçokundan yoxa çıxan içərisində 2000 dollar olan konverti yerinə qoyasan.Ya da gətirib mənə verəsən. Mən ona and aman elədim ki, mən maşından heç bir konvert götürməmişəm.Beləliklə T.Həsənovun göstərişi ilə mən sonraki bir neçə gün Poçt filalına buraxılmadım, və onun yaxın adamları tərəfindən təqib olundum-maddə ilə işdən qovulacağımı mənə dedilər.

Polis-Prokurorla hədələdilər məni filialın mühəndisləri.Onlar tərəfindən də ərizə yazmağım məndən tələb olundu.13 yanvar 2016-cı ildə məcbur olub işdən çıxmaq barədə ərizə yazdım və oddel kadra verdim. Bir neçə gündən sonra əmək kitapçamı mənə verdilər.
Cənab nazir, hadisələrdən aydın görünürdü ki T.Həsənov məni işdən qovmaq üçün şantaj edirdi, Onu da diqqətinizə çatdırım ki, həmin günlər ərəfəsində T.Həsənov mənim yerimə əvvəllər onu gəzdirən sürücünü işə götürmüşdür.Deməli mənə qarşı istifadə olunan şər və şantaj da keçmiş sürücünü işə götürmək olmuşdur.
Cənab nazir,mən bu barədə 02 mart 2016-cı ildə Sizə müraciət etdim və xahiş etdim ki,baş verən insidenti və mənim işdən qanunsuz çıxarılmağımı araşdırasız və məni şər və böhtan vasitəsi ilə qovulduğum işimə qaytarasınız.Nazirlik və Azərpoçt əməkdaşları tərəfindən mənə cavab gəldi ki,siz öz ərizənizə əsasən işdən azad olunmusunuz-vəssalam.Və bunun ardınca 11 mart 2016-cı ildə Şamaxı Poçtunun rəisi Tağı Həsənovun bacısı oğlu Zaur Kərimov saat 10-11 radələrində mənə zəng etdi,müvəqqəti işlədiyim Litseyin qazanxanasından məni Litseyin girişində söhbət etməyə çağırdı.

Mən O çağırdığı yerə gəldim,söhbət etmək üçün mənə maşına oturmağı təklif etdi.Maşına oturdum.Elə həmin vaxt maşını sürüb ordan tanımadığım istiqamətə uzaqlaşdı.Onunla maşında olan daha bir şəxslə birlikdə mənə maşından düşməyə imkan vermədilər.Şəhərin kənarına çıxarıb orada məni Zaur Kərimov ağac parçası ilə döydü və dedi ki,təcili olaraq maşından yoxa çıxan 2000 ABŞ dollarını gətirib verməlisən.Həmin gün mən 102 xidmətinə şikayət etdim.Evimə 2 dəfə təcili yardım briqadası gəldi.Baxmayaraq ki,Göyçay şəhərində Daxili İşlər Naziri Cənab Ramil Usubovun qəbulunda oldum.Ondan işin təhqiqatda düzgün araşdırılmasını xahiş etdim faydası olmadı,Şamaxı Polisi təhqiqatda işi ört basdır etdi.Uzun get -gəldən sonra Məhkəmə işi yenidən istintaqa qaytardı.
Cənab Nazir,05 may 2016-cı ildə mən Şamaxıda Sizin qəbulunuzda oldum və bütün olanları yazılı və şifahi şəkildə Sizə çatdırdım,öz subyektiv fikrimi də çatdırdım ki,döyülməyimə səbəb Sizə 02 mart 2016-da şikayət yazmağım olmuşdur.
Cənab Nazir,mən Sizdən acizanə tərzdə xahiş etdim ki,məni işimə qaytarasınız.Siz məsələni şəxsi nəzarətinizə götürəcəyinizi və ciddi araşdıracağınızı dediniz.Həmin vaxtdan 1 ay yarım keçir,nə araşdırma var,nə də işdən qovulan-sonra isə Nazirinə qanunsuzluqdan şikayət ərizəsi yazdığı uçün döyülən çarəsiz sürücünün halını soruşan.

Bağıyev Nail ,Şamaxı şəhər sakini"
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Bolgexeber.com