BolgeXeber.Com » Gündəm » Bazarlar və uşaq baxçalarında terror aktı törədilə bilər

Bazarlar və uşaq baxçalarında terror aktı törədilə bilər

6-08-2012, 17:40
Oxunub: 3 785 Polis evakuasiya barədə qərar qəbul edib

Bolgexeber.com Rusiya mətbuatına istinadən xəbər verir ki, Vladiqafqazda bazarlar və uşaq baxçaları üçüncü dəfə teror təhlükəsi səbəbiylə bağlanıb. Şimali Osetiyanın Daxili İşlər nazirliyindən Rusiya mətbuatına verilən məlumata görə polis əməkdaşlarından birinin əl telefonuna naməlum şəxsdən teror aktının törədiləcəyi barədə SMS daxil olub.

Polis mümkün ehtimalları nəzərə alaraq uşaq baxçalarını və bazarları bağlamaq, evakuasiya etmək barədə qərar qəbul edib. Bundan əlavə Daxili İşlər nazirliyindən bildiriblər ki, hal hazırda SMS göndərən şəxsin şəxsiyyətinin təsdiq edilməsi yönündə araşdırmalar gedir. Qeyd edək ki, eyni nömrədən oxşar mesaj avqust ayının 4 də də daxil olmuşdu.