BolgeXeber.Com » Gündəm » Bakıda 28 yaşlı qız intihar etdi

Bakıda 28 yaşlı qız intihar etdi

8-08-2012, 10:45
Oxunub: 4 487 Bakıda 28 yaşlı qız özünü öldürüb.

Bu barədə Bolgexeber.com-a Qaradağ rayon prokurorluğundan bildirilib.

Hadisə ötən gecə rayonun Qobustan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1984-cü il təvəllüdlü Afaq Cavanşir qızı Musayeva yaşadığı ünvanda özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.