BolgeXeber.Com » Gündəm » İki peçatlı milyoner bələdiyyə sədri

İki peçatlı milyoner bələdiyyə sədri

21-08-2018, 12:47
Oxunub: 3 621 İki peçatlı milyoner bələdiyyə sədriMasazır bələdiyyəsinin sədri Siyanfər Əliyev mənə məxsus 10 sot torpaq sahəsini maklerlə əlbir olub 50 min manata satdı

Sonra həyat yoldaşımı şərləyərək həbs elətdirdi.İndi də məni ölümlə hədələyir.
Bu barədə Milletinsesi.az-a Abşeron rayon Masazır kəndinin sakini Xankişiyeva Səbinə Şərif Qızı məlumat verib. Onun sözlərinə görə, Siyanfər qeyri-leqal yolla həddindən artıq varlanaraq harınlayıb. Onun təkcə Brilyant şadlıq evinin qiyməti milyonlarla ölçülür. Hektarlarla torpaq sahələri və onlarla evə sahib olan bələdiyyə sədrinin obyektlərinin sayı hesabı yoxdur. Abşeron rayonunda heç kimi saymır və mənə deyir get hara şikayət edirsən et. Bu yaxınlarda da 1hektar torpaq satıb 500min manata. Xahiş edirəm yalvarıram mənə kömək edin. Məni öldürmək həddinə çatdırıb bu harınlamış bələdiyyə sədri. Hara şikayətini yazılı şəkildə yazırsan, müsbət cavab ala bilmirsən .Ümidim sizədir.Yalvarıram, Masazır torpaqlarını satıb özünə obyektlər alan harın bələdiyyə sədrinin etdiyi əməllərinə görə qanun qarşısına çıxarılıb, cavab verməsinə köməklik göstərin ki, mənim torpağımı geri qaytarsın.

Digər etibalı mənbənin verdiyi məlumata görə, Masazır bəlidiyyəsinin sədrinin iki peçatı var. Birindən icra başçısını və aidiyyatı qurumların xəbəri var, digərini isə bələdiyyə sədri gizli saxlayır və qanunsuz işlərinin ara-sıra ikinci peçatla həyata keçirir.

Masazır bələdiyyəsinin sədri Siyanfər Əliyevdən məsələ ilə bağlı münasibət öyrənmək istəsək də cəhdlərimiz alınmadı. Qəribəsi odur ki, milyonların sahibi olan bələdiyyə sədrinin 012-347-80-24 nömrəli iş telefonu borcdan bağlıdır.Bələdiyyənin xalqa necə xidmət göstərməsi aydın görünür.