BolgeXeber.Com » Gündəm » Süleyman Mikayılov Cəbraildən olan məcburi köçkünləri evlərindən didərgin salıb – Qaradağda nə baş verir?

Süleyman Mikayılov Cəbraildən olan məcburi köçkünləri evlərindən didərgin salıb – Qaradağda nə baş verir?

24-08-2018, 09:36
Oxunub: 4 454 Süleyman Mikayılov Cəbraildən olan məcburi köçkünləri evlərindən didərgin salıb – Qaradağda nə baş verir?Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Bakının-paytaxtın ən böyük rayonuna rəhbərlik edir

Nəzərə alsaq ki, təkcə Qaradağ rayonu Bakının 50%-ni təşkil edir, o zaman bu rayonun böyük strateji əhəmiyyətə malik olduğunu da sübut etməyə ehtiyac qalmir. Qaradağda onlarla, yüzlərlə istehsalat sahələri, zavod, fabriklər, daş karxanaları fəaliyyət göstərir. Heç şübhəsiz ki, bu böyük rayonda indiyə qədər böyük işlər görülüb və dövlət başçısının rəhbərliyi altında bundan sonra da böyük işlər görüləcəkdir. Onu da xatırlatmaq yerinə düşər ki, dövlət başçısı cənab İlham Əliyev vaxtilə Qaradağ rayonundan deputat seçilmişdi. Elə həmin vaxtdan rayonda yeni inkişaf mərhələsinin başlanğıcı qoyulmuşdu.
Çox təəssüf ki, bu gün Qaradağ rayonunda insanlar yerli-yersiz incidilir. Özü də insanların hüquqlarını da ən çox tapdalayan məhz yerli icra hakimiyyəti orqanı- Qaradağ rayon İcra Hakimiyyətidir. Bu rayonda baş verənlərlər bağlı redaksiyamıza zaman-zaman şikayət məktubları gəlməkdədir. Bir daha təəssüflə qeyd edirik ki, problemlər həll olunmaq əvəzinə, daha da dərinləşir. Nəzərə alsaq ki, Qaradağ rayonunda böyük sayda məcburi köçkünlər yaşayır, o zaman yerli icra hakimiyyəti bu həssas nüansı məqama almalı idi. Ancaq... “Çakır” ləqəbi ilə tanınan, daha çox hədə-zorbaları ilə gündəmi zəbt edən icra başçısı Süleyman Mikayılov bu dəfə Cəbraildən məcburi köçkün olan insanları evlərindən didərgin salıb.
Bolgexeber.com xəbər verir ki, Lök-Batan qəsəbəsində “dvores” adlanan ərazidən 50 metr kənarda qaçqın və məcburi köçkünlərin yaşadığı kiçik bir bina var idi. Orada onlarla məcburi köçkün və şəhid ailələri yaşayırdı. Binanı sökmək bəhanəsi ilə orada yaşayan bütün məcburi köçkünləri zorla bayıra atıblar. Onlara hardasa kirayə yaşamaq üçün heç bir pul da ödənilməyib. Özü də acınacaqlı hal budur ki, bu problem 2 ildən artıqdır ki, öz həllini tapmayıb. Məcburi köçkünlərin qəbul edib problemlərini həll etməkdənsə, icra başçısı Süleyman Mikayılov Ceyhun adlı şəxsi qabağa verərək insanları təhdid də edir. Bundan başqa məcburi köçkünlərin səslərinin yuxarı dairələr tərəfindən eşdilməməsi üçün S.Mikayılov icra hakimiyyətinin ağır “artilerriyası” sayılan Nadir adlə şəxsə hədsiz səlahiyyətlər verib. O şəxsə ki, vaxtilə onunla birlikdə Lənkəranda işləyib, daha sonra Nadiri Qaradağ rayonuna özü ilə bərabər gətirib. Nadir daha sonra ərazi nümayəndəsi təyin olunub, avtoqəza törədib. Və... Dərhal icra nümayəndəsi vəzifəsindən azad edilərək məsuliyyətdən yayınıb. Qısa müddət sonra isə icra hakimiyyətində yüksək vəzifəyə təyinat alıb.
Məsələni gündəmdə saxlayacağıq və Cəbraildən olan məcburi köçkünlərin redaksiyamıza ünvanladığı məktublardan birini dərc edəcəyik...
Bolgexeber.com