BolgeXeber.Com » Gündəm » Nəsimi rayonunda binaların zirzəmilərini su basıb-ağaclar məhv edilir – sakinlərdən ŞİKAYƏT(FOTOLAR)

Nəsimi rayonunda binaların zirzəmilərini su basıb-ağaclar məhv edilir – sakinlərdən ŞİKAYƏT(FOTOLAR)

24-08-2018, 13:09
Oxunub: 3 337 Nəsimi rayonunda binaların zirzəmilərini su basıb-ağaclar məhv edilir – sakinlərdən ŞİKAYƏT(FOTOLAR)Ən dəhşətlisi isə budur ki, adıçəkilən ünvanda yerləşən binaların zirzəmiləri çirkab suları ilə doludur, buna görə də sakinlərin evlərini həşəratlar basıb

Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yaşayan sakinlər Bolgexeber.com-un redaksiyasına məktubla müraciət ediblər

Müraciətdə bildirilir ki, A.Məhərrəmov küçəsində yerləşən binaların zirzəmiləri su ilə doludur, küçə zibilliklərdən təmizlənmir.
Məsələni yerində araşdırmaq üçün bolgexeber.com-un əməkdaşları olaraq şikayətçilərin yaşadığı ünvana yollandıq. Həqiqətən də gördüklərimizdən dəhşətə gəldik. Belə ki, Nəsimi rayonu A.Məhərrəmov küçəsi demək olar ki, başdan ayağa kimi zibilliyin içərisindədir. Birbaşa Nəsimi rayon İcra Hakimiyyətinin, icra hakimiyyətinə tabe mənzil-kommunal birliklərinin vəzifəsi olsa da, ancaq ərazidə yerləşən zibil qutuları günlərdir ki, boşaldılmır. Bütün ərazi zibil tullantılarının içərisindədir.
Ən dəhşətlisi isə budur ki, adıçəkilən ünvanda yerləşən binaların zirzəmiləri çirkab suları ilə doludur, buna görə də sakinlərin evlərini həşəratlar basıb.
Bundan başqa A.Məhərrəmov küçəsində bir neçə sağlam ağaclar da məhv edilib. Sakinlər bildirirlər ki, bu məsələ ilə bağlı da dəfələrlə icra hakimiyyətinə müraciət etsək də, heç bir tədbir görülməyib.
Dövlət başçısının da xüsusi həssaslıqla yanaşdığı ağacların məhv edilməsinə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun biganə yanaşması hər kəsdə böyük təəssüf hissi yaradır. Onu da qeyd edək ki, son vaxtlar ağacların ən çox məhv edildiyi rayonlardan biri də məhz Nəsimi rayonudur.
Ərazidən çəkilmiş fotoları təqdim edirik:
Bolgexeber.com