BolgeXeber.Com » Gündəm » Azərbaycanın biznesmen deputatları – III HİSSƏ -SİYAHI

Azərbaycanın biznesmen deputatları – III HİSSƏ -SİYAHI

24-08-2018, 13:25
Oxunub: 4 212 Azərbaycanın biznesmen deputatları – III HİSSƏ -SİYAHIAzərbaycan Milli Məclisinin deputatları digər ölkələrin parlament üzvlərindən tamamilə fərqlənirlər

Əgər digər ölkələrdə, xüsusilə də Avropa ölkələrində deputat seçilmək istəyən şəxs bunu “milli görəv” kimi qəbul edirsə, Azərbaycanda isə əksər deputatlar bizneslərini qorumaq və fəaliyyət sahələrini daha genişləndirmək üçün deputat mandatı əldə etməyə çalışırlar. Xeyli sayda müqayisələr də apara bilərik. Lakin... Eyni zamanda dünyanın bir çox ölkələrində parlament üzvləri öz gəlirlərini açıqlayır, gəlir deklarasiyalarını təqdim edirlər. Deputat mandatı daşıyanlar arasında məşhur holdinq rəhbərləri, milyonçular və iş adamlarına da rast gəlmək mümkündür. Biz demirik ki, xarici ölkələrdə biznesmen deputatlar yoxdur, əksinə var, özü də milyarder deputatlar o qədər çoxdur ki... Sadəcə baxır kim deputat mandatına necə yanaşır. Məsələ ondadır ki, bütün ölkələrdə, hətta işğalçı, terrorçu Ermənistdanda da deputatlar deklorasiya təqim edir, gəlirləri haqqında məlumat verirlər. Nədənsə Azərbaycan Parlamentinin üzvlərinin gəlirləri ictimaiyyətə məlum deyil. Deputatlarımız arasında xeyli sayda milyonçuların olmaması da heç kimə sirr deyil. Mətbuat kluarlarında qeyri-rəsmi olaraq deputatlarımızın gizli saxladıqları biznesləri ilə bağlı müxtəlif məlumatlar yayılır.
Bolgexeber.com bir neçə gün bundan öncə biznesmen deputatların malik olduğu biznes sahələri ilə bağlı geniş material dərc etmişdi.

Bolgexeber.com yazının III hissəsini təqdim edir:
Azərbaycanın biznesmen deputatları – III HİSSƏ -SİYAHI

Lerikdən deputat seçilmiş İqbal Məmmədov... O, “Kaspi yıldız” və “Relax” şirkətlər Qrupunun sahibidir. Lerik rayonunda yerləşən “Relax” istirahət Mərkəzi də İ.Məmmədova məxsusdur. Eyni zamanda deputatın Bakıda xeyli sayda obyeyktləri vardır. Deputat paytaxtda və digər yerlərdə göydələnlər də ucaldıb. İ.Məmmədov Bakının Nərimanov rayonunda da böyük torpaqların mülkiyyətçisidir.
Azərbaycanın biznesmen deputatları – III HİSSƏ -SİYAHI

Parlamentdə Yasamal rayonunu təmsil edən Aytən Mustafayeva da biznesmen deputatlar siyahısındadır. Bir müddət öncə deputatın xarici ölkələrin birində kozinoda çəkilmiş fotoları da yayımlanmışdı. A.Mustafayeva şirniyyət biznesi ilə məşğuldur. Deputat həm də AMEA İnsan Hüquqları İnstitutunun direktorudur. Bir müddət öncə mətbuatda yayılan informasiyalarda deyilirdi ki, deputatın şirniyyat obyektlərinin əlaqə nömrələri məhz onun rəhbərlik etdiyi institutun əlaqə nömrələridir. Hər halda internetdə belə qeyd olunmuşdu.
Azərbaycanın biznesmen deputatları – III HİSSƏ -SİYAHI

Deputat Tahir Mirkişili paytaxtın Nərimanov rayonu Həsən Əliyev küçəsində bir neçə obyektin sahibidir. Həmin küçədə yerləşən “KİA” motorsun satış salonu da məhz bu deputata məxsusdur.
Azərbaycanın biznesmen deputatları – III HİSSƏ -SİYAHI

Milli Məclisin ən qocaman deputatlarından olan Ziya Səmədzadə “Günəş” Petrolun sahibidir. Eyni zamanda deputat paytaxtda bir neçə bahalı musiqi alətləri satış mərkəzinin sahibidir.
Azərbaycanın biznesmen deputatları – III HİSSƏ -SİYAHI

Deputat Mahir Aslanov “Kəpəz Group” şirkətinin sahibidir. Şirkət hazırda Almaniya, Türkiyə, BƏƏ, Gürcüstan, Rusiya və Rumıniya ilə güclü əlaqələr qurub. Digər tərəfdən, “Kəpəz” hotel, “Happy İnn” hotellər şəbəkəsinin də ona məxsus olduğu bildirilir.

Ardı var…