Vüsal Şilder qız üstündə qətlə yetirilib
17-05-2013, 20:20
Oxunub: 5 070
O, qızı şəkillərini sosial şəbəkələrdə yayacağı hədəsi ilə şantaj edib
Mayın 2-də paytaxtın Nərimanov rayonu ərazisindən Almaniya vətəndaşı, 1992-ci il təvəllüdlü Şilder Vüsal Adolf oğlu bıçaq xəsarəti ilə xəstəxanaya aparılarkən yolda ölüb.
DİN-in mətbuat xidmətindən Bolgexeber.com -a verilən məlumata görə, Prokurorluq və daxili işlər orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətmiş Şabran rayon sakini, əvvəllər iki dəfə məhkum olunmuş Elman İsgəndərov və daha bir nəfər - Ağdaş rayon sakini Rüfət Zakirov şübhəli şəxs qismində tutulub.
İlkin istintaq araşdırmaları ilə müəyyən edilib ki, Vüsal Şilder adını məlum səbəblərdən çəkmək istəmədiyimiz bir azərbaycanlı qızla ailə həyatı qurmaq məqsədilə tanış olaraq yaxınlıq edib. Lakin sonradan həm qız, həm də valideynləri bunun əleyhinə çıxmış, münasibətlərin davam etdirilməsini istəməyiblər.
Vüsal Şilder onları qızın müxtəlif formada çəkdiyi şəkillərini sosial şəbəkələrdə yayacağı hədəsi ilə şantaj etmiş və özü də elə həmin şantajın qurbanı olub.
Bəzi mətbuat orqanlarında Tariyel Ağayevin adının hallandırılmasına cavab olaraq bildiririk ki, əməliyyat-istintaq qrupunda cinayətin törədilməsində onun iştirakını, yaxud hər hansı formada əlaqəsini təsdiq edən məlumat yoxdur.
Hazırda cinayət işinin istintaqı prokurorluq orqanlarında davam etdirilir.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər