BolgeXeber.Com » Gündəm » Şeyx Xalidə Xalidi özüylə gətirəcək

Şeyx Xalidə Xalidi özüylə gətirəcək

21-05-2013, 09:40
Oxunub: 4 260 İranda həbs edilən alim və sürücüsü yaxın iki gün ərzində Azərbaycana təhvil veriləcək
İranda həbsdən azad olunan AMEA Ədəbiyyat Institutunun elmi işçisi, şəhriyarşünas, araşdırmaçı-yazar Xalidə Xalid və sürücüsü Şamxal Hüseynov yaxın iki gün ərzində Azərbaycana təhvil veriləcək. Iranda səfərdə olan Şeyxülislam Hacı Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyətindən Hazırda hər iki ölkənin müvafiq qurumları təhvil-təslim işləri ilə bağlı sənədləşmə aparır.
Sənədləşmə işi başa çatdıqdan sonra Azərbaycan vətəndaşları təhvil veriləcək. Onların Azərbaycan nümayəndə heyəti ilə birgə vətənə qayıtması gözlənilir. Şeyxin başçılıq etdiyi nümayəndə heyəti Irana səfərini mayın 22-də yekunlaşdırıb Azərbaycana qayıdacaq.
Qeyd edək ki, şəhriyarşünas, araşdırmaçı-yazar Xalidə Xalid və sürücüsü Şamxal Hüseynov aprelin 30-da gecə saatlarında azərbaycanlı ETTELAAT əməkdaşları tərəfindən tutulub.
Bolgexeber.com