BolgeXeber.Com » Gündəm » Hüquq müdafiəçisi Tağı Hüseynov aldadılmış sakinlərlə bağlı mətbuat konfransı keçirib

Hüquq müdafiəçisi Tağı Hüseynov aldadılmış sakinlərlə bağlı mətbuat konfransı keçirib

5-06-2013, 18:45
Oxunub: 7 224 Dünən,mayın 4-ü , Şəmkir rayonunun Seyfəli və Nərimanlı kənd sakinlərinin bir qrup sakini və sahibkarı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində mülkiyyət hüquqlarının pozulması ilə əlaqədar mətbuat konfransı keçiriblər İlk əvvəl aldadılmış vətəndaşların hüquqlarını müdafiə edən “Peşəkar hüquqşünaslar” İctimai Birliyinin sədri,hüquq müdafiəçisi Tağı Hüseynov çıxış edərək məsələ ilə bağlı iştirakçıları məlumatlandıraraq məsələnin mahiyyətinə toxunub.
2009-cu ildə “Meliorasiya və Su təsərrüfatı” ASC-in Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş müdiryyəti bu kəndlərin bir qrup sakinin torpaqlarını dövlət ehtiyacları adı ilə vətəndaşlardan alıb. Sakinlərə burada “Şəmkir su anbarı”nın tikiləcəyini söyləyiblər. Sakinlərin sözlərinə görə, aşağı-yuxarı söhbət bu adla alınan 200 ha torpağın taleyindən gedir. Hüquq müdafiəçisi burada “torpağın alınması” sözünün belə yerinə düşmədiyini deyib.
Adı çəkilən qurumun rəhbəri Ramiz Vəkilovun müavini Rafael Məmmədov, “Azərdövlətsulayihə” İnstitutunun əməkdaşları Nəbi İsmayılov və Fazil Hüseynov sakinlərə kompensasiyaların bazar qitmətlərilə veriləcəyini desə də sonda torpaq sahiblərinə pay torpaqlarına və ağaclara görə ədalətsiz olaraq həddən aşağı az pul verilib. Belə ki, torpağın hər sotuna görə sakinlərə 50 manat verilib. Meyvə ağaclarına gəlincə, illərlə zəhmət çəkilərək böyüdülən 5 yaşa qədər olan meyvə ağaclarına görə çox gülünc məbləğ- 1 manat, 5 yaşdan yuxarı meyvə və digər ağaclara görə isə cəmi 5 manat ödənilib.
Halbuki, sakinlər Şəmkirdə torpağın 1 sotunun 1000-1300 manatdan az olmadığını deyirlər. Bar gətirən hər bir qoz ağacı sahibinə ildə 450 manatdan çox gəlir verib. Hüquqşünas Tağı hüseynovun bildirdiyinə görə 1 qoz ağacına görə toprpaq sahiblərinə kompensasiya şəklində ən azı 900 manat verilməli idi . Hüquq müdafiəçisinin bildirdiyinə görə ümumi götürəndə vətəndaşlara qanunda nəzərdə tutulmuş kompensaiynın heç 5 %-i verilməyib.Beləcə, aldadıldıqlarını başa düşən sakinlər haqları uğrunda mübarizəyə başlayıblar. Hüuqu müdafiəçisi Tağı Hüseynov bu məsələdə birliyi günahkar sayıb. Çünki birlik başçıları vətəndaşın hüququnu bilməməsindən istifadə edərək onu aldadıb. İnsanın hüququnu bilməməsi, hansısa sənədlərə qol çəkməsi belə qarşı tərəfi məsuliyyətdən azad etmir. Bu hadisə ilə bağlı sakinlər dövlət başçısına müraciət ediblər. Bu müraciətə görə rayon icra hakimiyyəti təmsilçiləri sənədə imza atanları qəbula çağırıb.
Qəbul zamanı sakinlər şikayətlərinin icra hakimiyyətindən yox, Meliorasiya İdarəsindən olduğunu deyiblər. O zaman icra hakimiyyəti təmsilçiləri, sakinlərə öncə “icra hakimiyyətindən şikayətim yoxdur”, daha sonra isə “ümumiyyətlə bu məktubu mən yazmamışam” məzmunlu ərizəyə imza atdırırmağa çalışıb ki,bir çoxları da öz hüquqlarını bilmədiyindən,təyziq altında həmin sənədə qol çəkiblər.Şəmkir icra hkimiyyətinin hüquqşünası isə hətta sakinlərə həsdə-qoxu gəlməkdən də çəkinməyərək “Eşitmişik” icradan şikayət edirsiz? Elə etməyin ki,sizin özünüzü şikayət etdiyinizə görə məhkəməyə verək..”

Şəmkir sakinləri olan 48 şikayətçi Şəmkir çayı üzərində dəryaça tikintisinə daxil olan olan su anbarının tikintisi ilə əlaqədar məmurlar tərəfindən aldadılmasından şikayət edirlər.Belə ki, onlara məxsus olan və dövlət tərəfindən geri alınmış ümumilikdə 200 hektardan çox torpaq sahəsinə və qiyməti milyonlarla ölçülən digər şəxsi əmlaka görə onlara real bazar qiymətlərindən onlarla qat az pul ödənilib.Bundan başqa bu proses böyük qanun pozuntuları ilə müşayət olunub. Ədalətli kompensasiya ödənilmədiyindən onlar tapdanmış hüquqlarını təmin etmək üçün “Peşəkar hüquqşünaslar” İctimai Birliyinə müraciət ediblər. QHT-nin rəhbəri tanınmış hüquqşünas Tağı Hüseynov məsələ ilə bağlı əməkdaşımıza bildirib ki, dövlət xeyrinə özəl əmlakın mənimsənilməsi prosesi qanunvericiliyin kobud surətdə pozulması ilə həyata keçirilib.Bundan başqa sakinlərin bildirdiyinə görə onların əksəriyyətinin torpaqları və təssərüfatları gecə vaxtı və heç bir xəbərdarlıq edilmədən traktorların,buldozerlərin qabağına verilərək vəhşicəsinə dağıdılıb. Sakinlər buna etiraz edəndə isə işi icra edən tikinti idarəsinin məmurları ,gülərək onlara deyiblər ki, bu prezidentin göstərişidir. Hüquqşünas Tağı Hüseynovun YNP.AZ-a bildirdiyinə görə
ümumiyyətlə bu məsələdə Əmlak Qanunu məmurlar tərəfindən vəhşicəsinə pozulub. Belə ki, vətəndaşlara torpaqlarının alınması və əmlakın özgəninkiləşdirilməsi şərtləri haqqında əvvəlcədən rəsmi bildirişlər göndərilməyib, işə məsul məmurlar məmurlar kənd sakinlərinin sadəlöhvlüyündən istifadə edərək onlara heç bir məbləğ göstərilməmiş boş kağızlara qol çəkdirilib. Sakinlər, yalnız Yalnız 2010-cu ilin yayında, çeklərini təqdim edərək bankdan pay torpaqlarına və məhsul verən ağaclara görə onlara verilən pul kompensasiyasını alanda nə dərəcədə aldaqdıqlarını başa düşüblər. 2009-cu ilin fevral ayında rayon icra hakimiyyətində əmlakın qiymətləndirilməsi üzrə komissiya yaradılıb, ancaq sakinlər torpaqlarının alındığı barədə yalnız inşaat işləri başladıqda – mart-aprel aylarında öyrəniblər. Sakinlərin sözlərinə görə, yerli məmurlar bunu dövlət başçısının su anbarının bünövrəsinin qoyulması mərasimində iştirak etməli olması ilə əsaslandırıblar.
Qanunvericiliyə əsasən kompensasiyalar tikinti işləri başlamazdan 3 ay əvvəl verilməli olduğu halda yalnız 1 il 6 aydan sonra -2010-cu ilin yayında ödənilməyə başlanılıb.stəlik də 0,1 ha torpaq üçün onlara cəmi 50 manat hesablanıb.Halbuki bu ərazidə torpağın hal-hazırda mövcud olan real qiyməti 1000-1200 manatdan çoxdur.Buna sübut kimi kənd sakinlərindən biri deyir ki, torpaqlar onların əlindən alınmazdan bir müddət əvvəl elə onun qonşuluğunda bir nəfər satışa qoymuş torpaq sahəsinin sotunu ona çoxsaylı müştəri olsa da 1000 manatdan aşağı vermədi. Bundan başqa qanuna görə vətəndaşlara bazar qiymətlərinə uyğun kompensasiya və 10% əlavə vəsait ödənilməlidir.
Prezidentin 26 dekabr 2007-ci il tarixli fərmanına əsasən isə Prezidentin Ehtiyat Fondundan əlavə olaraq 20% ödəniş nəzərdə tutulub. Sadəlöhv sakinlər bütün bunlardan yalnız 2 ildən sonra xəbər tutublar.Ümumiyyətlə aydın görünür ki,bu işə cavabdeh olan məmurlar bilərəkdən zəhmətkeş kənd sakinlərinin bəzilərinin savadsızlığından istifadə edərək onların qanunda əks olunan hüquqları haqda məlumatları gizlədib.Seyfəli kənd sakini Bayramov Səmədin 50 ildir əkdiyi 1ha ,7 sot torpaq sahəsi,420 qoz ağacı ,meyvə ağacları, olub ki, təkcə elə onlardan və tərəvəzçulikdən hər il o 7-8 ton kök,6-7 ton qoz əldə edib bazara çıxardırmış və onlardan hər il ən azı 15-20 min manat qazanc əldə edirmiş.İndi isə ona bütün bunların müqabilində cəmi 20 min manat pul verilməsi əlbəttə haqsızlıqdır.Belə misalları çox davam etmək olar.
Seyfəlidən başqa bir kənd sakini Ceyhun Məmmədov bildirib ki, o, 0,19 ha torpaq sahəsi üçün cəmi 1385 manat alıb. Halbuki,hər il bu sahədən 9-10 ton kartof ,3-4 ton kök və 2-3 ton soğan götürürdü.
Kəndin digər sakini İkram Həsənov deyib ki, 0,21 ha torpaq sahəsi və 30 qoz ağacı üçün cəmi 2700 manat alıb. Bu zaman 100-150 kq qoz verən hər ağac üçün ona cəmi 90 manat veriblər. Hüquq müdafiəçisi Tağı Hüseynovun sözlərinə görə, bazar qiymətlərinə görə bu fermer 297 min manat almalı idi.
Nərimanlı kənd sakini Təvəkkül Cəlilov və digər sakinlər bildiriblər ki, 5 yaşından az olan əksər meyvə ağacları cəmi 1 manat olaraq dəyərləndirilibki,bu da təbii ki, gülünclükdür.
Yerli sakinlər həmçinin bildiriblər ki, onlar heç bir alqı-satqı sənədi imzalamayıblar. Onların sözlərinə görə, mülkiyyətçilərə əmlakın – torpaq sahəsinin, ağacların, təsərrüfat tikililərinin siyahıya alınması və onların qiymətinin müəyyən edilməsi üzrə aktları imzalamağı təklif ediblər.Maraqlıdır ki,proses Şəmkirdə baş verdiyi halda nəyə görə isə sakinlərə əmlakın Bakıda qiymətləndiriləcəyi bildirilib.
Hüquqşünas Tağı Hüseynov bu barədə bildirib ki, “Peşəkar hüquqşünaslar” QHT-ı aldadılmış mülkiyyətçilərə Şəmkir su anbarı tikintisinin sifarişçisi – Meliorasiya və Su Təsərrüfatı ASC-yə qarşı ədalətli kompensasiya ödənilməsi tələbi ilə kollektiv iddia verməyə kömək edəcək.
Yerli sakinlər hesab edirlər ki, dövlət xəzinəsindən kifayət qədər vəsait ayrılıb, lakin pullar mənimsənilib. Bununla əlaqədar olaraq, sakinlər prezident İlham Əliyevə ədalətli bərpa etmək xahişi ilə müraciət göndərəcəklər.
Bu ittihamlarla bağlı şərh vermək xahişinə cavabda Meliorasiya və Su Təsərrüfatı ASC-dən bildiriblər ki, əmlakın özgəninkiləşdirilməsi qüvvədə olan qanunvericiliyə uyğun şəkildə həyata keçirilib və kompensasiya ölçüləri razılaşdırılıb, pullar isə torpaq sahəsi sahiblərinin özlərinin təqdim etdikləri hesablara köçürülüb.
Sonradan qanunvericiliyə dəyişikliklər edilib, lakin qanunun geriyə təsiri yoxdur, deyə adının açıqlanmasını istəməyən ASC nümayəndəsi bildirib.Bir müddət əvvəl Şəmkir Icra hakimiyyətində məsələ ilə bağlı sual verən jurnalistə hətta deyiblər ki,heç nə olmaz sakinlər acından ölən deyillər,bir yol tapıb dolanarlar.Qeyd dək ki, 100 saylı Şəmkir-Daşkəsən Seçki Dairəsindən deputat Mübariz Qurbanlıdır və bu öz problemləri ilə əlaqədar sakinlər öz deputatlarından da kömək istəyirlər.Sakinlər bildirirlər ki,onlar nəinki aldadılıblar üstılik işsiz qalıblar.Çünki,artıq onlar təssərüfat işləri ilə məşğul ola bilməyəcəklər .Buna onların əlində qaldığı kişik həyətyanı sahə yol vermir.
Qeyd etmək lazımdır ki,prezident seçkiləri öncəsi vətəndaşları hakimiyyətdən incik salmaq məmurlara heç də başucalığı gətirmir.Xatırladaq ki, bu yaxınlarda məmurları kəskin tənqid etmiş və onları xalqa xidmət etməyə ,vətəndşları incitməməyə,ona aşağıdan yuxarı baxmağa ,qanunlara əməl etməyə cağırmışdır.
Sakinlər istər torpağa, istər meyvə ağaclarına görə verilən kompensasiyadan narazıdırlar. Bu məsələni həll etmək üçün vətəndaşlar artıq 1 saylı Bakı İqtisadi-İnzibati məhkəməsinə müracitət ediblər. Qeyd edək ki,Hakim Tahirə Həsənovanın sədrliyi ilə keçiriləcək məhkəmə prosesi iyunun 22-nə təyin edilib