Sabirabad sakinləri mərkəzin yeni rəhbərinə hansı münasibəti bəsləyirlər?
5-06-2013, 14:00
Oxunub: 5 714
Onlar Rövşən Bağırovun təyinatından sonra sənədlərə doğru-düzgün baxıldığını bildirirlər
Ötən günlərdə redaksiyamıza müraciət edən Sabirabad rayonunun bir neçə kəndinin sakinləri son dövrlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli şöbəsinin fəaliyyətindən razılıq ediblər. Bolgexeber.com-a açıqlama verən Sabirabadın Ulacalı, Cavad, Narlıq və daha bir neçə kəndlərinin sakinləri deyiblər ki, Sosial Müdafiə Mərkəzinə yeni rəhbər təyin olunan Rövşən Bağırov işində ciddi dönüş yaradaraq, vətəndaşları razı şəkildə yola salmaqdadır.
Onlar bildiriblər ki, əvvəlki mərkəz rəhbəri vətəndaşlara məxsus sənədlərin bir çoxunu it-bata salaraq, bununla rüşvətxorluğa və korrupsiyaya yol açmışdı. Lakin Bağırovun mərkəzə rəhbər təyinatı almasından sonra həmin it-bata düşmüş sənədlər bir-bir tapılır, yerindəcə baxılaraq, icraya yönəldilir.
Sakinlər bildirirlər ki, hal hazırda ünvanlı sosial yardım və digər məsələlərlə əlaqədar Sabirabad rayon Sosial Müdafiə Mərkəzinə edilən müraciətlərə lazımi səviyyədə baxıldığına görə, Rövşən Bağırovun fəaliyyətindən razıdırlar.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər