BolgeXeber.Com » Gündəm » “Statistika Komitəsi bir sıra göstəriciləri saxtalaşdırır”

“Statistika Komitəsi bir sıra göstəriciləri saxtalaşdırır”

21-07-2013, 11:55
Oxunub: 3 333 Dövlət Statistika Komitəsi ölkədə inflyasiyanın səviyyəsi və qiymətlərlə bağlı rəqəmlər açıqlayıb. Belə ki, iyul ayında ölkədə qiymətlərin 1,1% endiyi, həmçinin bu ilin yanvar-may aylarında ölkədə illik inflyasiyanın cəmi 1,7% səviyyəsində olduğunu göstərilir. Bu rəqəmlər reallığı nə dərəcədə əks etdirir?

Ictimai Təşəbbüslər Mərkəzinin rəhbəriÿ Qubad Ibadoğlu ucuzlaşmanın müəyyən əsaslarının olduğunu deyir. Bu da mövsümlə izah oluna bilər. Çünki yay aylarında kənd təəssüfatı məhsullarının bolluğu şəraitində onların bəzilərinin qiymətləri əvvəlki vaxtla müqayisədə bir qədər aşağı düşür. Amma bütövlükdə inflyasiyanın 2% olması şübhə doğurur. Ekspert, ümumiyyətlə, Statistika Komitəsinin açıqlamalarına inanmadığını da qeyd etdi: “Biz tədqiqat aparmışıq, Statistika Komitəsinə alternativlər yaratmışıq. Eyni metodologiya, eyni yanaşma, eyni səbətlə hesablamışıq və dəfələrlə sübut etmişik ki, Statistika Komitəsi Azərbaycanda bir sıra göstəriciləri, inflyasiya, yoxsulluq, işsizliklə bağlı göstəriciləri saxtalaşdırmaqla məşğuldur. Onların açıqlamasına həm biznes icmasında, həm istehlak cəmiyyətində inam yoxdur”.

Ekspert ölkədə inflyasiya səviyyəsini hesablanayan beynəlxalq təşkilatların Statistika Komitəsinə deyil, məhz onlara müraciət etdiyini də vurğuladı. Çünki bu təşkilatlar da Statistika Komitəsinin məlumatlarına inanmırlar. Bu qurum məlumatları saxtalaşdırır. Çünki bunun siyasi məqsədlər üçün istifadə edilməsi çox vacibdir: “Inflyasiyanı aşağı səviyyədə, əhalinin gəlirlərini artıq göstərirlər. Bununla elə mənzərə yaratmaq istəyirlər ki, Azərbaycanda ildən-ilə əhalinin həyat şəraiti yaxşılaşır. Bu da Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin nəticəsidir. Yəni səbəb bəlli, məqsəd bəlli”.

Ekspertin sözlərinə görə, icra hakimiyyətindən asılı olan Statistika Komitəsində kifayət qədər peşakar adamlar çalışır və onlar həqiqətən də yüksək səviyyədə statistik məlumatları emal etmək qabiliyyətindədirlər. Amma idarəçilik elədir ki, o komitədən düzgün məlumat gözləməyə dəyməz. /Azadliq.info/