BolgeXeber.Com » Gündəm » Rəssam Şamil Həsənova Bakı BPİ-dən rədd cavabı verildi...

Rəssam Şamil Həsənova Bakı BPİ-dən rədd cavabı verildi...

25-07-2013, 14:45
Oxunub: 3 833 Xəbər verdiyimiz kimi bu yaxınlarda tanınmış rəssam Şamil Həsənov Daxili İşlər Naziri cənab Ramil Usubova müraciət etmişdir. Müraciətdə qeyd olunurdu ki, Ərəbov Rövşən Kazım oğlu adlı şəxs onun emalatxanasına gələrək oradan Şamil Həsənova məxsus əsərləri və digər bahalı əşyaları aparmışdır. Bununla bağlı keçən həftə Bakı BPİ-nin rəis müavini, polis general-mayoru Elxan Həsənov Şamil Həsənovu gəbul edərək dinləmişdir.

Əvvəlki yazımızda Şamil Həsənovun Bakı BPİ-nin rəis müavinnin qəbulunda olarkən,rəis müavininin Yasamal RPİ-dəki təhqiqatçı ilə əlaqə saxladığını, təhqiqatçının isə güya onlarda arxivin 3 ildən sonra yandırılmasını deməsini qeyd etmişdik. Ancaq bizim apardığımız araşdırma nəticəsində bəlli oldu ki, təhqiqatda arxivə verilən material 5 ildən sonra yandırılır. Demək belə çıxır ki, o vaxt Rövşən Ərəbovu həmin təhqiqatçıya kimsə elə “güçlü” tapşırıb ki,o məcbur olub qanunu pozaraq Şamil Həsənovla bağlı materialları iki il tez məhv edib.

Bu gün redaksiya ilə telefon əlaqəsi saxlayan tanınmış rəssam Şamil Həsənov Bakı BPİ-nin təhqiqatçısının ona zəng vurmasını və onun "biz sizə heç nə ilə kömək edə bilmərik ,çünki sizin müraciətinizin vaxtı keçib" deməsini bildirdi. Qeyd edək ki, Şamil Həsənov hadisə baş verəndən sonra 26-cı polis bölməsinə rəsmi ərizə ilə müraciət edib və polisin ,işi vaxtında araşdırmadığına görə bu gün, əsərləri və əşyaları oxurlanmış rəssama yenə də polisdən bildirilib ki, sizin şıkayətinizin vaxtı bitib.

Tanınmış rəssam Şamil Həsənov isə bizimlə söhbətdə bir daha bildirdi ki, o vaxtında polisə müraciət edib.

“Sadəcə olaraq görünür polis əməkdaşı bu cinayətin üstünü ört- bastır etmək istəyir. Bu məsələni vaxtında araşdırmayan əməkdaşlar buna görə cəzalanmalıdırlar. Nə səbəbdən açıq-aşkar olan cinayət əməli polis orqanları tərəfindən araşdırılmır,mənə çox müəmmalı gəlir”-deyə rəssam bildirib. Şamil Həsənov sonra bizə 2009-cu ildə 26-cı bölməyə edilən müraciətin qəbzini də təqdim edib.

Şamil Həsənov Qafqazregion.az vasitəsi ilə üzünü daxili işlər naziri Ramil Usubova tutaraq müraciət etdi:

“Yenə də təkrar edirəm,necə olur iki nəfər bir nazirin qoyun yatağında iki qoyun oğurladıqlarına görə onlara 9 il iş kəsilir,ancaq ciddi oğurluq əməli ilə bağlı mənim üç il bundan əvvəl etdiyim şikayətim polis tərəfindən ört -bastır edilir?! Qeyd edim ki,bu gün mənim, məsələ ilə bağlı nazirə etdiyim şikayətimə cavab olaraq Bakı BPİ-dən rədd cavabı almışam”.

Şamil Həsənovun söylədiyinə görə Ərəbov Rövşən Kazım oğlu Bakı BPİ-ə çağırılıb ancaq yuxarıdan zənq gələndən sonra dərhal buraxılıb. “Görünür Rövşən Ərəbovun yuxarılardakı havadarları onun məsuliyyətə cəlb olunmağına maneəçilik törədirlər . Ola bilsin ki, mənim emalatxanamdan oğurladığı əsərləri Rövşən Ərəbov həqiqətən yuxarılardakı havadarlarına hədiyyə edib və onlara da mesaj yollayıb ki, həbs olunsam, oğurladığım əsərlərdən sizlərə də hədiyyə etdiyimi ictimaiyyətə çatdıracam”.

Şamil Həsənov həmçinin bildirdi ki,Daxili İşlər Nazirliyində bu məsələnin qeyri -obyektiv araşdırıldığına görə Baş prokuror Zakir Qaralova müraciət edəcək. O ümid edir ki, Baş prokuror , bu məsələnin obyektiv araşdırılmasına lazımı göstərişlər verəcək və cinayətkar öz cəzasına çatacaq...
Bolgexeber.com