BolgeXeber.Com » Gündəm » Sosial şəbəkələrdə marağa səbəb olan foto

Sosial şəbəkələrdə marağa səbəb olan foto

28-07-2013, 13:10
Oxunub: 3 963 "Xalaoğlu, neçə pətək bal yığdın?"

Xəbər verdiyimiz kimi bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə IV ixtisas qrupu üzrə qəbul imtahanı keçirir.
"Qafqazinfo" xəbər verir ki, imtahan zamanı diqqət çəkən məqamlardan biri də abituriyentlərin yaxınlarının onlara sürpriz etməsidir. Artıq sosial şəbəkələrdə daha bir foto geniş marağa səbəb olub. Belə ki, plakatda "xalaoğlu, neçə pətək bal yığdın?" sözləri yazılıb.
Qeyd edək ki, 2013-cü ildə IV qrup üzrə 11793 abituriyent ərizə təqdim edib. Onlardan 11019 nəfəri Azərbaycan bölməsinin, 774 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 7123 nəfərini oğlanlar, 4670 nəfərini isə qızlar təşkil edir.
6605 nəfər orta ümumtəhsil məktəblərinin builki məzunlarıdır. 4729 nəfər orta ümumtəhsil məktəblərini əvvəlki illərdə bitirən məzunlardır.
Həmin fotonu təqdim edirik: