BolgeXeber.Com » Gündəm » Rəssam Şamil Həsənov oğurlanmış əsərləri ilə bağlı baş prokurora müraciət etdi

Rəssam Şamil Həsənov oğurlanmış əsərləri ilə bağlı baş prokurora müraciət etdi

28-07-2013, 16:45
Oxunub: 3 269 "Bakı ŞBPİ-nin təhqiqatçısı mənə bildirdi ki, rəsm əsərlərini və mənim qiymətli əşyalarımı oğurlayan Rövşən Ərəbov bu hadsəni etiraf edib və bunu bir zarafat adlandırıb (?!)"
Xəbər verdiyimiz kimi bu yaxınlarda tanınmış rəssam Şamil Həsənov Daxili İşlər Naziri cənab Ramil Usubova müraciət etmişdir. Müraciətdə qeyd olunurdu ki, Ərəbov Rövşən Kazım oğlu adlı şəxs onun emalatxanasına gələrək oradan Şamil Həsənova məxsus əsərləri və digər bahalı əşyaları aparmışdır. Qafqazregion.az bildirir ki, Bununla bağlı keçən həftə Bakı BPİ-nin rəis müavini, polis general-mayoru Elxan Həsənov Şamil Həsənovu gəbul edərək dinləmişdir.
Əvvəlki yazılarımızda Şamil Həsənovun Bakı BPİ-nin rəis müavinnin qəbulunda olarkən rəis müavininin Yasamal RPİ-dəki təhqiqatçı ilə əlaqə saxladığını, təhqiqatçının isə güya onlarda arxivin 3 ildən sonra yandırılmasını və "biz sizə heç nə ilə kömək edə bilmərik ,çünki sizin müraciətinizin vaxtı keçib" deməsini qeyd etmişdik.
Tanınmış rəssam Daxili İşlər Nazirliyində bu məsələnin qeyri -obyektiv araşdırıldığına görə Baş prokuror Zakir Qaralova müraciət edib. Həmin müraciəti olduğu kimi oxuculara təqdim edirik:
“Cənab Baş Prokuror! Mən 1969-cu ildən SSRİ və Azərbaycan Rəssamlar İttifaqının üzvüyəm. Mənim rəsm əsərlərim dünyanın 29 ölkəsində müxtəlif kolleksiyalarda saxlanılır.
2008-ci il 30 dekabr tarixdə axşam saat 21-00 radələrində tanışım Rövşən və tanımadığım bir nəfərlə əsərlərimlə tanış olmaq üçün İnşaatçılar prospekti, 28 ünvanda yerləşən emalatxanama gəldi. Xüsusi vasitələrdən istifadə edərək məni halsız vəziyyətə salaraq barmağımdakı brilliyant üzükləri, 20 ədədə yaxın rəsm əsərlərimi, 2 ədəd qiymətli-qədimi gümüş vazanı, gümüş şamdanı, 1 ədəd XIX əsrə aid olan boşqabı, Çin vazalarını, qiymətli viski içkisini və digər qiymətli əşyaları oğurlayıb aparıb. Bu hadisədən dəhşətli psixoloji sarsıntı keçirdiyim üçün baş verənləri hətta öz ailə üzvlərimlə də bölüşmürdüm. Xeyli müddət şokda oldum. Nəhayət yaxın bir dostum mənə məsləhət bildi ki, polisə müraciət elə. Və mən 25 fevral 2009-cu il tarixdə Yasamal RPİ-nin ərazisində yaşadığım 26 saylı Polis Bölməsinə rəsmi qaydada müraciət etdim. Ərizəmin qəbulu barədə 05.02. 2009-cu il tarixli, 000831 saylı talon var. Sonra işə baxılmadığı üçün hadisənin baş verdiyi 27 saylı Polis Bölməsinə müraciət edim. Oradan isə məni Yasamal RPİ-ə göndərdilər. Orda isə məni heç içəri də buraxmadılar.
Cənab Baş prokuror! Bir ay öncə daxili işlər naziri Ramil Usubov cənablarına müraciət elədim. Müraciətdən sonra məni Bakı Şəhər Baş Polis İdarəsinin rəsi müavini general Elxan Həsənov qəbul etdi. Qəbuldan bir həftə sonra mənə bildirdilər ki, 3 il keçdiyinə görə arxivlər yandırılıb və cinayət işi açmaq olmur.
Eyni zamanda Bakı ŞBPİ-nin təhqiqatçısı mənə bildirdi ki, rəsm əsərlərini və mənim qiymətli əşyalarımı oğurlayan Rövşən Ərəbov bu hadsəni etiraf edib və bunu bir zarafat adlandırıb (?!).
Cənab baş prokuror! Mənim Sizə müraciət etməkdə məqsədim nə qədər qaranlıq işlərlə məşğul olmasından asılı olmayaraq Rövşən Ərəbovun həbs olunub-olunmaması deyil. Bu dövlətin hüquq-mühfizə orqanlarının öz işidir. Mənim məqsədim oğurlanmış əsərlərmin və qiymətli əşyalarımın özümə qayatrılmasıdır.
Sizdən artıq dərəcədə xahiş edirəm bu işin araşdırılmasını öz şəsxi nəzarətinizə götürəsiniz”.
Böyük hörmətlə, SSRİ və Azərbaycan Rəssamlar İttifaqının üzvü Şamil Həsənov.
Bolgexeber.com