BolgeXeber.Com » Gündəm » Kredit qurbanları prezident administrasiyası qarşısında aclıq aksiyası keçirərəklər

Kredit qurbanları prezident administrasiyası qarşısında aclıq aksiyası keçirərəklər

29-07-2013, 17:40
Oxunub: 3 415 «Elə bil ki, kimdən şikayət edirik, məktubumuzu da onun üzərinə göndərirlər. Belə olmaz».
Bir neçə gün əvvəl «Bank of Azerbaijan»dan şikayətçi düşən vətəndaşlardan birinin bu bankın arxasında dayandığı iddia olunan fövqəladə hallar naziri Kəmaləddin Heydərova müraciətini yaymışdıq. Bank tərəfindən qanunsuz olaraq cərimələndiyini söyləyən vətəndaş özünü FHN-nin qarşısında yandıracağını da bəyan etmişdi.

Bu gün isə dia.az-a daha bir qrup «Bank of Azerbaijan» qurbanının müraciəti daxil olub. Müraciəti imzalayan 9 nəfər vətəndaş bildirir ki, onlar da qanunsuz olaraq «Bank of Azerbaijan» tərəfindən borclandırılıblar: «Artıq işlərimiz məhkəmədədir. Bu bankın rəhbərliyi elə düşünür ki, istədiyini edə bilər. Amma belə deyil. Dövlət var və biz prezident administrasiyası qarşısında aclıq aksiyası keçirərək haqq səsimizi dövlət rəhbərliyinin diqqətinə çatdıracağıq».

Vətəndaşlar bildirir ki, onlar dəfələrlə müraciət etsələr də, şikayətləri geri qayıdır: «Elə bil ki, kimdən şikayət edirik, məktubumuzu da onun üzərinə göndərirlər. Belə olmaz».

Vətəndaşların sözlərinə görə, yaxın vaxtlarda etiraz aksiyasını elan edəcəklər. Qarşı tərəfi də dinləməyə hazırıq.